Erməni lobbisi İlhan Aşkının fəaliyyətinə əngəl yaratmaq istəyir

Azərbaycan ictimaiyyəti ümid edir ki, Hollandiya məhkəmələri alət olmayacaq


Hollandiyanın Almalo şəhərindəki kilsənin bağçasına 1915-ci il hadisələri ilə bağlı uydurma soyqırım abidəsinin qoyulmasına etiraz edən Hollandiya Azərbaycan Türk kültür Dərnəyinin başqanı İlhan Aşkın iki ildən sonra ifadə alınmaq üçün məhkəməyə çağrılıb.

Məlumat üçün deyək ki, İlham Aşkının iki il əvvəlki etiraz mitinqində "Qarabağ ermənilərə məzar olacaq!” ifadəsi onun irqçiliyi yayması kimi qələmə verilib və həmyerlimizə qarşı ittiham irəli sürülüb. Məsələ ilə bağlı bəyanat verən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi bütün diaspora təşkilatlarını İlhan Aşkının müdafiəsinə qalxmağa çağırıb. Mərkəz bildirib ki, erməni lobbisi öz təsir rıçaqlarından istifadə edərək Azərbaycan və Türk diaspora fəalı, ermənilərin Xocalıda törətdikləri soyqırımın Avropada geniş şəkildə yayımlanmasında aktiv rol alan İlhan Aşkının gələcək fəaliyyətinə əngəl yaratmaq, onu məhkəmə çəkişmələri ilə psixoloji təsir altında saxlamaq məqsədi güdür: "İlhan Aşkın Azərbaycanın BMT və bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün pozulduğunu, Ermənistanın Azərbaycan torpaqlarını güc yolu ilə işğal altında tutduğunu söyləyib. Eyni zamanda beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan ərazilərindən çəkilməsini tələb edib. Əsl irqçilik yayan, yüz il əvvəlki tarixi olaylara siyasi don geyindirən ermənilər təəssüf ki, Avropada bəzi rəsmi qurumlara təsir imkanları qazana, tarixi hadisələri öz məkirli niyyətlərinə alət edə bilirlər”. Azərbaycan ictimaiyyəti ümid edir ki, Hollandiya məhkəmələri İlhan Aşkının fikirlərini fərdin ifadə və düşüncə azadlığı müstəvisində dəyərləndirəcək, erməni lobbisinin məkrli niyyətinə alət olmayacaq.

İsmayıl