Ermənilər Horadizi atəşə tutdu: ölən və xəsarət alanlar var
14:56 30.09.2020
Arxiv
354
Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluğunun Mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 30.09.2020-ci il tarixdə saat 16 radələrində Füzuli rayonu, Horadiz şəhərində yerləşən yanacaq doldurma məntəqələrinin birinin yaxınlığına düşmüş top mərmisinin qəlpələrindən 1990-cı il təvəllüdlü Rüstəmov Murad Tahir oğlu həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, məntəqəyə ciddi ziyan dəyib.
Faktla bağlı Füzuli rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.
Eyni zamanda, düşmənin növbəti dəfə ağır artilleriya qurğularından açdığı atəş nəticəsində 30.09.2020-ci il tarixdə saat 15 radələrində Tərtər rayonu, Yenikənd kənd sakini Azərbaycan Respublikasının vətəndaşı Oqorodnik Lyuda Vasilyevnaya məxsus yaşayış evinin həyətinə top mərmisinin düşməsi nəticəsində həyətdə olan yardımçı tikili dağılıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm