Erməniləri anladıqları dildə başa salmaq lazımdır

Rusiya sülhməramlıları məsuliyyətlərini daha dərindən dərk etməlidir

“Revanş və terror niyyətində olan hər bir erməni Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq mühiti üçün təhdiddir”. Bu barədə millət vəkili Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, Ağdamda bir hərbçimizin yaralanması ilə nəticələnən hadisə göstərir ki, erməniləri anladıqları dildə başa salmaq lazımdır: “Yeni cinayətlərin qarşısının alınması üçün “islah olunmamış” ermənilərin cəzalandırılmaları labüd və zəruridir.

Ağdamda baş verən terror hücumu müvəqqəti olaraq onların nəzarətində olan ərazidən törədildiyi üçün, Rusiya sülhməramlıları məsuliyyətlərini daha dərindən dərk etməlidir.

Onlar niyə Azərbaycanda olduqlarını unutmamalı və əsas diqqətlərini bölgəyə gəliş məqsədlərinə yönəltməlidirlər. 10 noyabr bəyanatının ruhuna, o cümlədən Rusiya dövlət başçısının dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə münasibətdə ifadə etdiyi və beynəlxalq hüquqa əsaslanan yüksək hörmət ruhunda mövqeyinə sadiq qalmalıdır.

Ümumiyyətlə heç kim unutmamalıdır ki, Azərbaycan 6-cı nəsil silahlarla müharibə aparmış və qalib gəlmiş yeni hərbi gücdür. Ali Baş Komandanın rəhbərliyi və minlərlə şəhid və qazimizin qanı hesabına qazandığımız şanlı Zəfərə 3-5 erməni dığası, onları himayə edən kənar qüvvə kölgə sala bilməz. Bölgədə yeni reallığı Azərbaycan yaradıb və bu reallığın gələcək konturlarını da biz müəyyən edirik”.