Ermənistanın "Metsamor"u şantaj aləti kimi istifadə etdiyini diqqətə çatdıran E.Nəsirovun sözlərinə görə, bu dövlət Avropanın enerji təhlükəsizliyi məsələsində qonşu dövlətlərə təzyiq göstərməsini istəyir:
"Ermənistan odla oynayır" - “"Metsamor" fəlakət saçır
11:07 14.11.2017
Arxiv
582
Elman Nəsirov:"Ermənistan rəhbərliyi özü də yaxşı bilir ki, fəlakət olduğu təqdirdə ilk zərbə dövlətin özünə dəyəcək"
Ermənistanın "Metsamor"u şantaj aləti kimi istifadə etdiyini diqqətə çatdıran E.Nəsirovun sözlərinə görə, bu dövlət Avropanın enerji təhlükəsizliyi məsələsində qonşu dövlətlərə təzyiq göstərməsini istəyir:
""Metsamor" AES bütün region üçün ciddi təhlükə mənbəyidir”.
Bu sözləri "Sherg.az”a millət vəkili Elman Nəsirov söyləyib.
Deputat bildirib ki, Gürcüstan, Azərbaycan, Türkiyə və digər region dövlətləri üçün bunun ciddi fəlakətli nəticələri ola bilər:
"Həmçinin "Metsamor" AES seysmik zonada fəaliyyət göstərir. İstənilən zaman zəlzələnin baş verməsi fəlakətlərə yol aça bilər. Ümumiyyətlə, bu AES-də yanğın da, zəlzələ də baş verib. Həmin fəlakətlərdən sonra "Metsamor"un fəaliyyəti qısa müddət dayandırılsa da, sonradan bərpa edilib.
Azərbaycan bu məsələni hər zaman beynəlxalq qurumlarda, Avropa İttifaqında (Aİ) gündəmə gətirib. Aİ məsələyə müdaxilə edərək, müəyyən maliyyə yardımı müqabilində "Metsamor"un fəaliyyətinin dayandırılması məsələlərini hər zaman gündəmə gətirib. Ermənistan isə özünün enerji təhlükəsizliyi prinsiplərini qabardaraq, AES-in istifadəsində güzəştə getmir. Vəziyyətin qəlizliyi onunla bağlıdır ki, stansiyanın yerləşdiyi ərazi su hövzələrindən kənardadır. Buna görə,
yanğın baş verərsə, söndürülməsi ciddi problemə çevrilir.
Yaponiyada məlum hadisələrdən, AES-də baş verən fəlakətdən sonra "Metsamor"un bağlanması yenidən gündəmə gəldi. Lakin Ermənistan hər zaman olduğu kimi, bundan qaçmağa çalışır. Baxmayaraq ki, ölkənin özündə də fikir bu stansiyanın fəaliyyətinin dayandırılmasına yönəlir”.
Ermənistanın "Metsamor"u şantaj aləti kimi istifadə etdiyini diqqətə çatdıran E.Nəsirovun sözlərinə görə, bu dövlət Avropanın enerji təhlükəsizliyi məsələsində qonşu dövlətlərə təzyiq göstərməsini istəyir:"Ermənistan rəhbərliyi özü də yaxşı bilir ki, fəlakət olduğu təqdirdə ilk zərbə dövlətin özünə dəyəcək. Ona görə, Aİ də son illər bununla bağlı müzakirələri artırıb. Ermənistanla Aİ arasında noyabr ayında çərçivə sazişi imzalanacaq. Həmin sənədlərdə bu məsələnin də yer alması çox vacibdir. Çünki Aİ bu məsələdə Ermənistana müəyyən təzyiq göstərmək imkanlarına malikdir. Bu baxımdan rəsmi Brüssel son zamanlar bunu aktiv müzakirəyə çıxarıb. Ümid edirəm ki, birgə səylərlə Ermənistanı bu məsələdə razı salmaq olar. Əks təqdirdə Ermənistanın odla oynadığını deyə bilərik”.
Qeyd edək ki, son aylarda Metsamor AES-in fəaliyyətinin Qafqaz regionu üçün təhlükəli olması haqqında Avropa mətbuatında müzakirələr yer alır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə