Ermənistan XİN: KTMT-nin baş katibi dəyişdiriləcək
10:59 28.07.2018
Arxiv
499
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hazırkı baş katibi Yuri Xaçaturov Ermənistan tərəfinin xahişi ilə dəyişdiriləcək. İrəvan onun yerinə başqa bir namizəd irəli sürəcək.
Lent.az news.am-a istinadla bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan özünün şəxsi "tvitter” hesabında yazıb. Tiqran Balayan bildirib ki, təmsil etdiyi qurum artıq Xaçaturovun bir başqası ilə əvəz edilməsi üçün KTMT-yə müraciət edib və tezliklə bu barədə rəsmi məktub göndərməyə hazırlaşır: "Çünki hazırkı KTMT baş katibi Ermənistan qanunlarına görə mühakimə olunacaq. Özü də ciddi ittihamlarla. Xaçaturov tezliklə bir başqası ilə əvəz edilməlidir. Təşkilat da, biz də yeni baş katiblə bağlı namizədimizi təqdim edə bilərik. Hesab edirəm ki, prosedur tezləşdirilməlidir. Əks halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətində bir müddətlik axsama yarana bilər”.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturov ölkənin konstitusiya quruluşunun devrilməsində təqsirli bilinir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm