“Ermənistan siyasətindən Qarabağ klanının ortadan qaldırılmasını Paşinyana keçmiş lider Levon Ter-Petrosyan məsləhət bilib”
Ermənistanda maraqlı siyasi oyun gedir
08:36 28.07.2018
Arxiv
876
Ancaq “oyunçu aparsın” deməyə adamın dili gəlmir
“Ermənistan siyasətindən Qarabağ klanının ortadan qaldırılmasını Paşinyana keçmiş lider Levon Ter-Petrosyan məsləhət bilib”
“Ermənistan siyasətindən Qarabağ klanının ortadan qaldırılmasını Paşinyana keçmiş lider Levon Ter-Petrosyan məsləhət bilib”
"Nikol Paşinyan qarabağlılarla məsələni birdəfəlik həll etmək istəyir. Parlament seçkilərinə hazırlaşan baş nazir rəqiblərini neytrallaşdırmaq haqqında düşünür”.
Bunu "Şərq”ə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Ermənistan daxilindəki siyasi çəkişmələrə və keçmiş siyasətçilərin istintaqa cəlb olunmasına münasibət bildirən analitikin sözlərinə görə, Paşinyan sabiq prezident Serj Sarkisyana elə bir zərbə endirdi ki, eks-prezidentin yenidən siyasətə qayıdışı mümkünsüzdür:
"Növbə çatıb keçmiş prezident Robert Koçaryana. Paşinyan üçün Koçaryan Sarkisyandan az təhlükəli fiqur deyil. Ermənistan müstəqillik qazandıqdan bu yana bu ölkəni faciəyə sürükləyənlərin başında Robert Koçaryan dayanır. Məhz Koçaryan kimilərin "əməyi” sayəsində Ermənistan Azərbaycan və Türkiyə ilə düşmən oldu. Fikrimcə, Ermənistan siyasətindən Qarabağ klanının ortadan qaldırılmasını Paşinyana keçmiş lider Levon Ter-Petrosyan məsləhət bilib. Məsləhətin məğzi belədir ki, qarabağlıların Ermənistan siyasətində at oynatdıqları müddətdə Ermənistanı yaxşı heç nə gözləmir”. Politoloqa görə, Nikol Paşinyan qarabağlıları ustaca siyasətdən yox etməyə çalışır: "Məsələ burasındadır ki, Qarabağ klanının üzvləri Rusiyanın dəstəyinə arxayındırlar. Ancaq Moskva Serj Sarkisyanın istefasına və ətrafının həbsinə reaksiya vermədi. Koçaryanı da hələ ki, dəstəkləmir. Nikol Paşinyan özünə o qədər arxayındır ki, Rusiyanın patronajlığı altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi təşklatının erməni baş katibi Yuri Xaçaturovu həbs etmək istəyir. Moskva hələ ki, səssizdir. Çünki Paşinyan Rusiyanın maraqları əleyhinə ciddi addım atmayıb. Rusiya ilə strateji müttəfqliyə sadiq qalacağını vəd edib. Əgər Koçaryan Moskvadan İrəvana qayıtmasaydı və Rusiya onu İrəvana təhvil verməkdən boyun qaçırsaydı, bu, Kremlin Ermənistanın yeni hakimiyyətinə qarşı demarşı olacaqdı. Kreml isə əsassız yerə Paşinyanı narazı salıb onu Qərbin qucağına atmaq istəmir. Beləliklə, Ermənistanda maraqlı siyasi oyun gedir. "Oyunçu aparsın” deməyə adamın dili gəlmir. Çünki biri-birini həbs edən oyunçuların hamısının Azərbaycan torpaqlarının işğalına münasibəti eynidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm