"Ermənistan Azərbaycanla müqayisə oluna bilməz. Bizim əhali ümumi şəkildə Ermənistandan 3 dəfə çoxdur".
Bunu Sherg.az-a Azərbaycanın Ermənistandan 20 dəfə çox silah almasına münasibət bildirərkən siyasi elmlər doktoru Cümşüd Nuriyev deyib.
O qeyd edib ki, hər hansı bir ölkənin hərbi doktorinasında birinci yerdə demoqrafiya, ikinci yerdə iqtisadi güc, üçüncü yerdə isə hərbi qüdrət, dördüncü yerdə isə əsgər ehtiyatının nə qədər olması dayanır:
"Azərbaycan bu 4 göstəriciyə hörə, Ermənsitanı tam şəkildə üstələyir. Ermənistanın bir əsgərinə Azərbaycanın 3 əsgəri düşür. Azərbaycanın qanunla 95 min hazırlıqlı əsgəri var. Amma Ermənistan bunu edə bilməyəcək. Çünki onlar maksimum yığa bilsələr, 35 mini keçə bilməyəcəklər. İşalçı ölkənin o qədər potensialı və demoqrafiq gücü yoxdur. İkincisi, Azərbaycan ordusunun iqtisadi gücü Ermənistan ordusundan dəfələrlə çoxdur. Valyuta ehtiyatlarına görə, Azərbaycan dünyada 98-ci yerdə qərarlaşıb. Ermənistan isə 300- cü yerə yaxındır. Ən azı 150 cərgə bizdən sonradır. Azərbaycanın təmiz valyuta rezervi 4 milyarddır.
İşğalçı ölkədə isə valyuta ehtiyatı deyilən bir şey yoxdur. Ümumi daxili məhsula gəlincə, bu, Azərbaycanda Ermənistandan 2 dəfə çoxdur. Azərbaycanın iqtisadi qüdrəti baxımdan dövlətin iqtisadi inkişaf indeksini götürsək, Azərbaycanda müsbət, separatçıda isə mənfidir. Ermənistanda ticarət və tədiyyə balansı mənfidir. bizdə isə müsbətdir. Biz niyə hərbi sahəsinə çox pul xərcləmişik? Əvvala imkanı olan bunu edir. Digər yandan hazırda Azərbaycan Qafqazda yeganə dövlətdir ki, öz müdafiə təhlükəsizliyini tam nəzarətə götürüb. Təbii ki, öz milləti və dövlətinin təhlükəsizliyini təmin etmək üçün pul xərcləmək lazımdır. O silahlar ölkənin hərbi qüdrətini gücləndirmək üçün alınıb. Bu mənada da Ermənistan bizimlə müqayisə oluna bilməz".
Qeyd edək ki, ABŞ və Rusiya 2012-2016-cı illərdə silah ticarəti sahəsində dünyanın ən böyük ixracatçı ölkələridir. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Dünya Problemlərini Araşdırma üzrə Stokholm İnstitutunun (SIPRI) hesabatında deyilir. Hesabatda bildirilir ki, Rusiyanın satdığı silah və texnikanın 4 faizini Azərbaycan alıb. ABŞ isə həbi texnika və silahlarını 100 ölkəyə satıb. Hesabatda o da qeyd olunur ki, 2012-2016 illərdə Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb.
Ayyət Əhməd