Ermənistanın törətdiyi müharibə cinayətləri MEKSİKA MƏTBUATINDA
05:34 24.10.2020
Arxiv
354
Meksikanın nüfuzlu ingilisdilli mətbu orqanı olan “Pulse News Mexico” qəzetində tanınmış jurnalist Teresa Marqolisin “Azərbaycan Ermənistanla niyə müharibədədir” (Why Azerbaijan is at war with Armenia https://pulsenewsmexico.com/2020/10/22/why-azerbaijan-is-at-war/) başlıqlı məqaləsi dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, məqalədə beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının 27 il ərzində qanunsuz olaraq Ermənistanın işğalı altında olduğu və Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə məhəl qoymayaraq bu əraziləri tərk etməkdən imtina etdiyi qeyd olunur.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ətraf 7 rayonu işğal etdiyi və bir milyona yaxın dinc əhalinin öz yurdlarından didərgin salındığı oxucuların diqqətinə çatdırılır, Azərbaycan ərazilərinin ermənilər tərəfindən vəhşicəsinə işğalının beynəlxalq ictimaiyyət tərəfindən “planlaşdırılmış etnik təmizləmə” kimi qəbul edildiyi vurğulanır.
1994-cü ildə iki ölkə arasında atəşkəs rejiminin elan olunmasına və beynəlxalq təşkilatların vasitəçiliyi ilə münaqişənin həlli istiqamətində aparılan danışıqlara baxmayaraq, Ermənistanın tərəfindən dəfələrlə təxribata əl atıldığı və atəşkəs rejiminin pozulduğu bildirilir.
Azərbaycanın münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmasına çalışdığı, lakin Ermənistan tərəfindən münaqişənin həlli istiqamətdə heç bir addım atılmadığı bildirilir.
Məqalədə həmçinin, Ermənistanın bu gün də Azərbaycan torpaqlarını işğal edərək istismar etdiyi, bir vaxtlar məhsuldar olan tarlaları yandırdığı, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlə məşğul olduğu, həmin torpaqlardan çıxan qızıl və digər təbii sərvətlərdən 30 il ərzində olduğu kimi istifadə etdiyi qeyd edilir.
Müəllif qeyd edir ki, dünya birliyinin COVID-19-a qarşı mübarizə apardığı bir dövrdə Ermənistan yenidən təxribata əl ataraq cari ilin iyul ayında yenidən atəşkəs rejimini pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edib, ağır artilleriya qurğularından istifadə edərək Azərbaycanın Tovuz rayonu istiqamətini atəşə tutub. Həmin dövrdən başlayaraq dəfələrlə Ermənistan tərəfinin təxribatları ilə cəbhədə gərginliyin yaşandığı qeyd olunur.
Məqalədə həmçinin Azərbaycan tərəfinin haqlı olaraq uzun illər boyu diplomatik yollarla həll edilə bilməyən münaqişəni 30 il bu ədalətsizliyə dözdükdən sonra işğal olunmuş torpaqlarını azad etməklə həlli qərarına gəldiyi vurğulanır və torpaqlarını düşmən işğalından tamamilə azad etməyənədək dayanmayacağı qeyd olunur. Həmçinin, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrini ballistik raketlərlə atəşə tutduğu oxucularn diqqətinə çatdırılır.
Son üç həftə ərzində Azərbaycan ordusunun Füzuli, Cəbrayıl və Zəngilan rayonlarını, həmçinin İran İslam Respublikası ilə sərhəd əraziləri işğaldan azad etdiyi bildirilir və bu müharibədə Azərbaycanın qalib olduğu vurğulanır.
Müəllif bu müharibənin əsas səbəbinin Ermənistanın qanunsuz olaraq Azərbaycan torpaqlarını işğal etməsi olduğunu, Ermənistanın bu münqaişə boyu hər zaman təcavüzkar olduğunu və Azərbaycanın haqlı olaraq öz torpaqlarını işğaldan azad etməyə çalışdığını bir daha oxucuların diqqətinə çatdırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil
ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır - ŞƏRH
17:13 04.08.2026
Gündəm
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
17:03 04.08.2026
Region