Əsədin 30 əsgəri öldürüldü - Hələbdə




Suriyanın Hələb şəhərində müxalif qruplaşmalar Bəşər Əsədə sadiq qüvvələrin hücumunun qarşısını almağı bacarıb.
Axar.az xəbər verir ki, şəhərin Şeyx Səid məhəlləsində Əsədin tərəfində vuruşan 30-a yaxın əsgər öldürülüb. 4 hərbçinin isə əsir alındığı bildirilib.
Qeyd edək ki, döyüşlərdə hökumət qüvvələrinin tərəfində İran, İraq və Əfqanıstandan olan əsgərlər də iştirak edir.