Türkmənistan MDB ölkələri arasında koordinasiyanın inkişaf etdirilməsini dəstəkləyir

Türkmənistan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında nəqliyyat və enerji sahələrində sıx koordinasiyanı dəstəkləyir.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov MDB baş katibi Sergey Lebedevlə görüşündə bildirib.

Berdiməhəmmədov deyib ki, Türkmənistan MDB çərçivəsində fəal iştirak edir, iqtisadiyyat, ticarət, mədəniyyət və idman sahələrində geniş əməkdaşlıq aparır, nəqliyyat və enerji sahələrində səylərin sıx əlaqələndirilməsinin tərəfdarıdır. Dövlət başçısı əlavə edib ki, Türkmənistan geniş sahələrdə əhəmiyyətli potensiala və imkanlara malik birlik daxilində effektiv əməkdaşlığın intensivləşdirilməsini dəstəkləyir.