Ev almaq istəyənlərə yeni xəbər var - TƏLƏSİN !

"Ölkənin mənzil bazarında müvəqqəti durğunluq yaranıb”.
Bu barədə "Sherg.az”a mənzil bazarındakı vəziyyəti dəyərləndirən ekspert Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, bu ay bazarda sükut yaşanır:
"Mənzil bazarında bina evlərinin bir kvadrat metrin qiyməti 1683 manatdan 1654 manata düşüb. Bu sahədə ay ərzində 1.72 faiz azalma olub. Ötən ilin müvafiq dövrü ilə müqaisədə 2.59 faiz artım var. Torpaq bazarında bir sotun qiyməti 21600 mantdan artıb, 21607 manat olub. Keçən ilə nisbətən bu il torpaq bazarında 1.5 faiz artım müşahidə olunur. Kommersiya obyektlərində bir kvadrat metrinin satış qiyməti 2533 manatdan 2550 manata yüksəlib. Digər aylara nəzər saldıqda bu ay 0.67 faiz artım olub. Amma ötən illə nisbətən bu il bazarda 2.53 faiz azalma var. Eyni zamanda həyət evlərinin qiymətində bu ay azalma müşahidə olunur. Amma ümumi olaraq həyət evlərinin qiyməti 11.13 faiz artıb.
N.İbrahimov onu da söyləyib ki, bu ay evlərin kirayə qiyməti bahalaşıb:
"Bu ay kirayə evlərin qiyməti 822 manatdan 836 manata qalxıb. Keçən illə müqayisədə bu il kirayə evlərin qiymətində 4.58 faiz artım var. Həmçinin obyektlərin bir kvadrat metrinin icarə qiyməti 15.84 manatdan 16.39 manata qədər qalxıb. Hazırda bu sahədə 12. 09 faiz artım var. Ümumi olaraq bu ay mənzil bazarında 2.14 faiz azalma müşahidə edilir. İl ərzində isə 4.07 faiz artım var. Hazırda qiymətlərin belə aşağı olması mövsümi aylarla bağlıdır. Əsasən ilin yanvar, fevral ayları mövsümi aylardır və bu vaxtlar bazarda durğunluq olur. Bu ilin digər ayları ərzində bazarda artım ehtimal olunur. Qiymətlər təxminən 5-6 faiz qalxacaq”.
Kənan Eynuroğlu