Evlər bahalaşacaq - Tikinti materiallarının qiyməti qalxdı




Son bir ayın monitorinqlərininin nəticəsinə görə, tikinti materialları bazarında 0,43 faiz ucuzlaşma olub. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Bu qiymət dəyişiminin materiallar üzrə desək qaynaq elektrodlarında 7,4 faiz, dikdə 3,5 faiz və taxtanın qiymətində 2,9 faiz azalma olub. N. İbrahimov bildirib ki, il ərzində inşaat materiallarının qiymətlərində 14 faiz artım olub. Tikinti sahəsində canlanma yaz aylarında daha çox olur, nəinki yayda.
Xəbər verdiyimiz kimi il ərzində inşaat materiallarının qiyməti 14 faiz artıb.

Görəsən bu bahalaşma mənzil bazarında qiymətlərə necə təsir göstərəcək?
İqtisadçı-ekspert Rəşadə Əliyev "Sherg.az”a bildirib ki, inşaat materiallarının qiymətinin qalxmasının köhnə tiklilərə təsiri olmayacaq:

 "İnşaat materiallarının qiymətinin bahlaşması mənzil bazarına təsirsiz ötüşməyəcək. Amma köhnə tiklilərdə heç bir qiymət artımı da olmayacaq. Lakin yeni tiklilən binalarda qiymət artımı qaçılmaz olacaq. Yəni qiymətlər qalxacaq. Çünki inşaat materiallarının qiymətinin bahalaşması mənzillərin tikintisi zamanı onların maya dəyətinin artırır. Beləliklə də bu trend mənzillərin qiymətində də özünün göstərir. Yaxın vaxtlar ərzində mənzil bazarında qiymət artımı müşahidə edəcəyin. Amma bu artımın hansı səviyyədə olmacağı məndə məlum deyil”

Kənan Eynuroğlu