“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası yekunlaşır
09:57 14.09.2016
Arxiv
303
Sentyabrın 26-na təyin edilmiş referendumda "exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi üçün ayrılan müddət sabah başa çatır.
APA-nın məlumatına görə, "Azərbaycan Respublikasında seçkilərdə "exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 10 gün qalanadək "exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir. Referendumla əlaqədar bu müddət sentyabrın 16-na qədərdir.
Qeyd edək ki, "exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbulu müddəti sentyabrın 6-dək olan dövrü əhatə edib. Həmin müddətdə "Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi (Fransanın "Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (ABŞ-ın "AJF&Associates Inc.” təşkilatı ilə birgə), "ELS” Müstəqil Araşdırmalar Mərkəzi, "Rəy” Monitorinq Mərkəzi "exit-poll” keçirmək üçün müraciət ediblər. MSK artıq bu təşkilatları səsvermə günü "exit-poll” keçirəcək qurumlar kimi qeydiyyata alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya