Eyfel Qülləsinin rənglənməsinə nə qədər vəsait və boya sərf olunur? - OXUYUN!



"200 000 m – dək ərazini əhatə edən Eyfel qülləsi hər 7 ildən bir 60 ton boya ilə rənglənir".

Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, bu iş prosesi zamanı 25 rəngsaz məsuliyyət daşıyır və onlar tərəfindən rəngləmə prosesi yerinə yetirilir: 

"Bu çalışma tam 15 ay davam edir. Bu iş prosesi əsnasında tam 1 500 fırça, 5 000 sumbata kağızı və 1 500 iş paltarından istifadə edilir. Həmçinin təhlükəsizlik məqsədi ilə 50 km uzaqlıqdan kəndirlər vasitəsilə xətt çəkilir və giriş qadağan edilir. 20 000 metrlik yerdə isə qoruyucu tordan istifadə edilir. Boyama təxminən 3 milyon avro dəyərində xərclə nəticələnir. 

Zaman keçdikcə qüllənin rəngi qırmızıdan qəhvəyi rəngə, sonra sarıya çalan qəhvə rənginə, lap sonralar isə hazırkı gümüşü rənginə gəlib çıxmışdır. Qüllə boyanarkən üç rəngin tonundan istifadə edilir. Ən açıq rəng zirvədə, ən tünd rəng isə tam aşağı hissədə istifadə edilir. Bəzən qüllədə intihar vəziyyətləri də yaşanır. Demək olar ki, indiki dövrə qədər 400 nəfər adam bunu gerçəkləşdirməyi bacarıb. Müxtəlif zamanlarda bu cür işlərin yerinə yetirilməsinin qarşısını almaq üçün platformaların arasına dəmirdən barmaqlıqlar yerləşdirilmişdir".

 Ayyət Əhməd