“Facebook” kiberhücum haqqında xəbərdarlıq edilib
18:15 27.04.2021
Arxiv
353
"Facebook" sosial şəbəkəsinə məxsus messencerin istifadəçiləri genişmiqyaslı fırıldaqçı sxemin qurbanı ola bilərdilər. Bu barədə "Group-IB" beynəlxalq şirkətinin mütəxəssisləri xəbərdarlıq ediblər.
"Sherg.az" ictnews.az-a istinadən bildirir ki, dünyada "Facebook Messenger" istifadəçilərinin sayı 1,3 milyardı ötür, sosial şəbəkə istifadəçilərinin sayı isə 2,7 milyarda bərabərdir. Məlumatda deyilir ki, mütəxəssislər ilk dəfə 2020-ci ilin yayında fırıldaqçı sxemi aşkar ediblər, o vaxt hakerlər tərəfindən mövcud olmayan "Facebook Messenger" yeniləməsinin yüklənməsi üçün linklər paylaşılmışdı.
"2021-ci ilin aprelində "Facebook" sosial şəbəkəsində messencerin "son yeniləmə"sini quraşdırmağı təklif edən saxta postların sayı 5700-ə yaxınlaşıb. Dünyanın 84 ölkəsindən olan istifadəçilər bu hücuma məruz qalıblar" - şirkətin mətbuat xidmətindən bildirilib.
Fırıldaqçılar mesajların paylaşıldığı hesablarda oxşar adlardan istifadə ediblər: "Messanger", "Meseenger", "Masssengar", avatar yerinə proqramın rəsmi ikonkasını yükləyiblər. Reklam mesajlarında messencerin yeni funksiyaları, həmçinin saxta funksiyalar (məsələn, mövcud olmayan "Gold" versiyanı yükləmək) haqqında məlumat verilib.
Mesajda yerləşdirilmiş linkə keçid edən istifadəçilər avtorizasiya üçün saxta formadan ibarət fişinq sayta daxil olurdular. Nəticədə qurban öz hesabına girişdən məhrum olmaqla yanaşı, həmçinin öz şəxsi məlumatlarını - telefon nömrəsi və elektron poçtunu itirməklə üzləşirdi. Hakerlər həmin məlumatları spam göndərilməsi üçün istifadə edə, yaxud haker forumlarında sata bilərlər.
"Group-IB" şirkəti belə halların qarşısını almaq üçün istifadəçilərə proqramları və yeniləmələri yalnız rəsmi mağazalardan yükləməyi, yalnız yoxlanılmış şirkət hesablarına etibar etmələrini tövsiyə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə
Özgür Özəlin YENİ Partiyasında rəhbər heyət formalaşdı
15:17 25.07.2026
Siyasət
Ukrayna Rusiyanın bir neçə vilayətinə PUA zərbələri endirib: 9 ölü
15:03 25.07.2026
Dünya
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb - FOTO
14:43 25.07.2026
Hadisə
Rusiyanın PUA hücumu nəticəsində Sumıda 3 nəfər öldü
14:29 25.07.2026
Dünya
Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
14:12 25.07.2026
Gündəm
"ChatGPT"-nin işində fasilələr yarandı
14:09 25.07.2026
Texnologiya
Hökməli qəsəbəsində avtomobil yandı
13:45 25.07.2026
Hadisə