Məsələyə münasibət bildirən internet-media eksperti Səbuhi Abbasov "Sherg.az”a söyləyib ki, insanların sosial şəbəkələrdən bu cür istifadə etməsi ürəkaçan deyil:
"Fake" profil açanların 80 faizi xaricdə yaşayır - Mütəxəssis
Onların da fəaliyyətinin qarşısını almaq qəliz məsələdirProblemin qarşısını almaq üçün ictimai statusu yüksək olan bütün insanların sosial şəbəkələrdə profilləri mütləq şəkildə olmalı və onların səhifələri rəsmi yoxlamalardan keçməlidir
Məsələyə münasibət bildirən internet-media eksperti Səbuhi Abbasov "Sherg.az”a söyləyib ki, insanların sosial şəbəkələrdən bu cür istifadə etməsi ürəkaçan deyil:
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə, o cümlədən "Facebook"da Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə aid olduğu bildirilən saxta səhifələrin yaradılmasına cəhdlər müşahidə olunur. Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi bununla əlaqədar bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi, profili və akkauntu mövcud deyil. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin adından sosial şəbəkələrdə yaradılmış bütün səhifələr saxtadır.
Bir daha diqqətə çatdırılır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinin adından, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi "Facebook”, "Twitter” və "Youtube” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar.
Ümumiyyətlə, sosial mediada istər dövlət qurumları, istərsə də rəsmilərinin adından saxta səhifələr yaradılaraq insanlara dezinformasiyalar verirlər. Maraqlıdır, bu kimi xoşagəlməz halların qarşısını necə almaq olar?
Məsələyə münasibət bildirən internet-media eksperti Səbuhi Abbasov "Sherg.az”a söyləyib ki, insanların sosial şəbəkələrdən bu cür istifadə etməsi ürəkaçan deyil:"Təxminən 10 il bundan əvvəl sosial medialar yeni-yeni ayaq açanda biz təhlükəsizliklə bağlı müəyyən məsələləri ortaya qaldırdıq. Həmin təhlukəsizlik məsələləri də həm siyasi, həm sosial, həm iqtisadi, həm də mədəniyyət kimi bütün sahələri əhatə edə bilirdi. Amma zaman keçdikcə sosial şəbəkələrdə təhlükəsizlik məsələləri ortaya çıxmağa başladı. Hətta bu problemlər qısa vaxt ərzində sürətlə inkişaf edib, yayıldı. Bu kimi xoşagəlməz hallar tək Azərbaycanda deyil, bütün dünya ölkələrində yaşanır. Azərbaycanda sosial medianın bu cür neqativ amillərinin ildən-ilə artması internet şəbəkəsinin tamamilə azadlığı ilə bağlıdır. Yəni ölkədə informasiyanı məhdudlaşdıracaq hər hansı bir radikal addımlar atılmayıb. Lakin Azərbaycanda insanların söz azadlığını təmin edən bu amilin neqativ tərəfləri mövcuddur.
Həmin xoşagəlməz halları aradan qaldırmaq o qədər də asan deyil. İnsanlar sosial şəbəkələrdə dövlət qurumları, rəsmilərinin və ya sadə vətəndaşların adından saxta profillər yaradıb, istədikləri şəxslərin statuslarına, paylaşımlarına, hətta birbaşa özlərinə müəyyən ifadələr yazırlar. Fikrimcə, bu kimi problemlərin qarşısının alınmasında əsas məqam cəmiyyətin maarifləndirilməsidir. Bundan əlavə ictimai statusu yüksək olan bütün insanların sosial şəbəkələrdə profilləri mütləq şəkildə olmalı və onların səhifələri rəsmi yoxlamalardan keçməlidir. Çünki üç il bundan əvvəl bir insanın adından iki və ya daha çox profil açıldıqda "Facebook" kimi sosial şəbəkə vasitələrində həmin səhifələr bloklandı. Lakin bloklanan profilin gercək sahibi müəyyən qeydiyyat bölmələrindən keçməklə öz səhifəsini geri qaytardı. Digərləri isə ləğv olundu. Bu kimi halla elə mən də qarşılaşdım. "Facebook"da bir şəxsə aid şəkillər və ya məlumatlar ayrı-ayrı profillər üzrə üst-ütə düşəndə müəyyən yoxlamalar tələb olunur. Bu zaman da "fake” səhifələr bağlanır. Yəni hər bir şəxsin, dövlət qurumunun adına rəsmi sosial şəbəkə profili olsa, bu kimi hallar çox təkrar olunmaz.
Ekspert onu da əlavə edib ki, dünyada bu kimi problemlərin hüquqi tərəfləri var:
"Amma Azərbaycanda təhlükəsizlik prinsiplərini pozma ilə bağlı heç bir hüquqi mexanizm yoxdur. Bu da böyük, qlobal sosial şəbəkə vasitələrinin ölkəmizdə rəsmi nümayəndəliklərinin mövcud olmamasından qaynaqlanır. Artıq Azərbaycanda sosial şəbəkələrin rəsmi nümayəndəlikləri olmadıqda onlarla bağlı tənzimləmə mexanizmləri tətbiq edilə bilmir. Fikrimcə, ən azı Milli Məclis səviyyəsində sosial şəbəkələrdə müəyyən statusa malik insanların adına saxta profillərin açılması ilə bağlı qanunvericilikdə müəyyən inzibati cəza sistemi tətbiq edilməlidir. Çünki bu praktika dünyanın bir çox ölkələrində var.
Ümumiyyətlə ilk növbədə Azərbaycanda qanunvericiliyə uyğun şəkildə qanun qəbul edilməli və ona uyğun həssas məqamlar göstərilməlidir. İkincisi də ölkədə yüksək statusa malik olan insanlar "Facebook"da və "Twitter”də rəsmi profil açıb, onu təsdiqlətdirməlidirlər. Bu kimi məqamlara əməl olunsa, saxta profil problemləri ilə çox qarşılaşmarıq. Çünki "fake” profil açan insanların 80 faizi xaricdə yaşayır. Onların da "fəaliyyətinin” qarşısını almaq çox qəlizdir. Ona görə də bildirdiyim alternativlərə əməl olunmalıdır”.
Kənan Eynuroğlu