"... FED uçot dərəcəsini 0,25 faiz artıracaq" - “Bahalı dollar=ucuz neft”
15:00 22.11.2017
Arxiv
794
"Bu ilin sonunda Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırması mütləq gözlənilir”.
Bu sözləri "Sherg.az”a dolların məzənnəsinin hansı səviyyədə dəyişəcəyi ilə bağlı danışarkən iqtisadçı - ekspert Natiq Cəfərli söyləyib.
Ekspertin qənaətincə, fövqəladə hadisə baş verməsə, dekabrın ortalarında FED uçot dərəcəsini 0,25 faiz artıracaq:
"Gələn il üçünsə, 3 faiz artım nəzərdə tutulub. Yəni plan üzrə nəzərdə tutulmuş qaydada FED faiz artımlarına getsə, dolların bahalaşması müşahidə olunacaq. Bundan sonra isə neftin qiymətlərinə təzyiq yarana bilər. Çünki artıq onilliklərdir ki, "bahalı dollar=ucuz neft” formulu işləkdir. Yəni dollar möhkəmləndikcə neftin qiymətinə basqı yaranır, neft ucuzlaşır.
ABŞ və Kanada kimi ölkələrdə neft hasilatının ciddi şəkildə artmasını da nəzərə alsaq, FED-in faiz artımı da bura əlavə olunduqda neftin qiymətləri aşağı düşə bilər”.
Qeyd edək ki, ABŞ-ın nüfuzlu "Goldman Sachs" investisiya bankı ABŞ iqtisadiyyatının inamlı inkişafına əmin olduğunu və 2018-ci ildə FED-in uçot dərəcəsini 4 mərhələdə artıracağını açıqlayıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya