“Feysbuk intiharların önlənməsinə kömək etməyəcək” - İZAH
12:03 02.03.2017
Arxiv
619
"Feysbukun süni intellektdən istifadə etməsi intiharların qarşısının alınmasına kömək etməyək”.
Bunu Sherg.az-a feysbuk sosial şəbəkəsinin intihara meylli istifadəçiləri müəyyən etmək üçün süni intellektdən istifadə etməsinin faydalarını şərh edərkən media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli deyib.
O bildirib ki, bu üsul sadəcə müəyyən statistika ortaya qoya bilər:
"Süni intellektdən istifadə intiharların qarşısını almağa o qədər də kömək etməyəcək. Lakin buna meyilli insanların statistikasının müəyyən edilməsinə kömək edə bilər. Məsələn, rəqəmlər müəyyən oluna bilər ki, azərbaycanlı istifadəçilərin təxmini 3 faizində intihara meyllilik var. Amma bu statistika ictimaiyyətə açıq şəkildə paylaşılmayacaq. Əgər şəxsin istəyi ilə paylaşılarsa, çevrəsində olan insanın intihara meylli olduğunu görən dostlar həmin şəxsə daha çox diqqət edə bilər. Bununla, intihara meylli insanları prosesdən yayındırmaq asanlaşar. Pozitiv impuls sadəcə bu istiqamətdə ola bilər.
Süni intellektdən istifadə, onun nəticəsinin paylaşılması fərdin şəxsi informasiya məsələsidir. İntihara meylli insan istəsə bunu paylaşa bilər. Bütün hallarda bu statistika daxili istifadə üçün nəzərdə tutulub. Ona görə, yeniliyin intiharların qarşısının alınmasına təsir edəcəyini düşünmürəm. Facebookun şəxsdən icazəsiz üçüncü şəxslərlə bu məlumatların paylaşması onun özəl məlumatlarının gizlilik haqqını da pozur. Heç bir şəkildə heç bir formada statistikadan istifadə edib bunu ictimailəşdirmək mümkün deyil. Konkret olaraq fərdin bu statistikaya uyğun davranışının dəyişəcəyini demək düzgün olmaz”.
Qeyd edək ki, Facebook sosial şəbəkəsi intihara meylli istifadəçiləri müəyyən etmək üçün süni intellektdən istifadə edəcək. Məlumata görə süni intellekt istifadəçilərin statuslarını və həmin statuslara yazılan kommentləri analiz edəcək.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya