Fikrət Qoca nəvəsinə əsəbləşdi: "Qələt edir, dədəsini öldürənləri bağışlayır"
10:54 13.11.2017
Arxiv
604
Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları – Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən Elnur Nəhmədovun 19, Ruslan Məmmədovun 4, Pərviz Hüseynovun isə 3 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Yalçın Qocayevin oğlu Əli Qocayev isə prokurorun çıxışına münasibət bildirən zaman şikayətçi olmadığını deyib.
Nəvəsinin bu jesti babanı, xalq şairi Fikrət Qocanı özündən çıxarıb.
Yenicag.az-a açıqlama verən Fikrət Qoca nəvəsinin ünvanına sərt ifadələr işlədib:
"Nəvəm qələt edir, belə qərar verir. O kimdir ki, mənim oğlumun qatillərini bağışlayır? Guya özünü humanist göstərmək istəyir, dədəsini öldürənləri bağışlayır. Bu, mümkün deyil. Mən bu işi hüquq mühafizə orqanlarının ixtiyarına vermişəm. Onlara da inanıram. Oğlumun ölümündə əli olan hər kəs cəzalandırılsın. Mən yalnız bunu deyə bilərəm. Xəstə adamam, məni əsəbiləşdirməsin”.
Qeyd edək ki, bu il martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. 1963-cü il təvəllüdlü Y. Qocayev hadisə yerində ölüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə