Fr. euronews. com Türkiyəni "vurub"

“Türkiyədə jurnalistlər və müxalifətçilərin repressiyası davam edir”



Fr. euronews. com saytı Türkiyədəki son siyasi proseslərdən yazıb.

Sherg.az xəbər verir ki, "Türkiyədə jurnalistlər və müxalif təşkilat üzvlərinin repressiyası davam edir” başlıqlı məqalədə öncə HDP lideri Səlahəddin Dəmirtaşın həbsindən danışılıb.

Bildirilib ki, S.Dəmirtaş və HDP- nin həmsədrləri kürdlərdən ibarət terrorçu qruplaşma olan PKK-a dəstək verməkdə təqsirləndirilir.

Eyni zamanda məqalədə HDP dən seçilən millət vəkillərinin həbsindən də bəhs olunub. Həmçinin yazıda "Cümhuriyyət”-nin baş redaktoru və bu qəzetin bir sıra əməkdaşlarının saxlanılması da vurğulanıb. Söylənilib ki, bu jurnalistlər Fətullah Gülən və PK K ilə ciddi bağlantıda ittiham olunurlar.
 
Ayyət Əhməd