"Fransa vasitəçi ola bilməz, çünki vasitəçi tərəfsiz olmalıdır" - Deputat
12:33 07.02.2019
Arxiv
649
"Fransa ermənipərəst dövlət kimi tanınır. 500 ildir ermənilər Fransada kök salıb”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat bildirib ki, Fransanın bütün siyasətində və maliyyəsində ermənilər mühüm rol oynayır: "Hələ Birinci Dünya Müharibəsi dövründə Türkiyəni işğal edən fransız ordusunun tərkibində 30 minlik erməni legionu var idi. İllər keçdikcə ermənilər soyadlarını dəyişib "fransız”laşıblar. Hələ bilmək olmaz ki, Fransa rəhbəri özü ermənidir, yoxsa əsl fransızdır, ancaq bir şeyi dəqiq bilirik ki, Makron üç gün Ermənistanda qalıb və Paşinyanla səmimi görüşlər keçirib.
Mən o zaman dedim ki, Makron öz evinə, kiçik qardaşlarına baş çəkməyə gəlib. Ondan əvvəlki prezident Sarkozi Ermənistanı "kiçik bacı” adlandırmışdı. Yəni Fransanın ermənipərəst mövqe sərgiləməsi hamıya bəllidir. Xatırlayırsızsa, Fransa bir müddət əvvəl qərar qəbul etmişdi ki, əgər kimsə qondarma erməni "soyqırımı”nı tanımasa, cərimələnəcək. Həmin siyasət bugün də davam etdirilir. Lakin bizi məyus edən məqam odur ki, həmin Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədr rolunda çıxış edir”.
Parlament üzvünün sözlərinə görə, Fransa vasitəçi ola bilməz, çünki vasitəçi tərəfsiz olmalıdır:
"Fransa bütün müstəvilərdə erməniləri müdafiə edir. Əslində rəsmi Parisin həmsədrlik məsələsinə çoxdan baxılmalı idi. Şəxsən 20 ilə yaxındır təklif edirəm ki, nəinki Fransa, ümumiyyətlə üç vasitəçi dövlətin hamısı həmsədrlikdən uzaqlaşdırılsın. Çünki hər üç ölkə birmənalı şəkildə ermənilərə dəstək verir. Bunu gizlətməyin nə faydası var? Həqiqəti açıq söyləmək lazımdır. Axı Minsk Qrupu sadəcə üç dövlətdən ibarət deyil, orada 10-dan çox ölkə var.
Digər dövlətlər də həmsədr ola bilər. Niyə taleyimiz ermənipərəst üç ölkənin ümidinə qalmalıdır?! Türkiyə prezidenti hörmətli Ərdoğanın yaxşı sözü var, deyir ki, "dünya beşdən böyükdür”. Yaxşı olar ki, mandatı ATƏT-dən alıb BMT-nin Təhlükəsizlik Şurasına versinlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Köçəryan Azərbaycanla bağlı “vəd” verdi
17:25 25.05.2026
Gündəm
Putin Azərbaycan Prezidentini təbrik edib
17:02 25.05.2026
Gündəm
İran nümayəndə heyəti Qətərdə səfərdədir
16:53 25.05.2026
Gündəm
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
16:51 25.05.2026
Media
Prezident: Mayda Bakıda belə yağışın yağmasını xatırlamıram
16:38 25.05.2026
Gündəm
85 min insan Qarabağa qayıtdı - RƏY
16:31 25.05.2026
Aktual
Gecə boyunca fasiləsiz yatmaq hər zaman “normal” olmayıb
16:18 25.05.2026
Sağlamlıq
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - YENİLƏNİB
16:09 25.05.2026
Gündəm
134 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradıldı
15:56 25.05.2026
Sosial
Rusiya ilə alınmasa, alternativ tapacağıq - Mirzoyan
15:38 25.05.2026
Dünya
Simonyan Paşinyanı narkoman adlandırdı
15:36 25.05.2026
Gündəm
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
15:32 25.05.2026
Gündəm
Dünya liderləri İlham Əliyevi təbrik edir
15:21 25.05.2026
Gündəm
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
15:03 25.05.2026
Gündəm
Tramp: İranla yeni müqavilə əvvəlki sazişin tam əksi olacaq
14:21 25.05.2026
Dünya