Fransanın eks-prezidenti stadiondan qovuldu





Fransanın keçmiş prezidenti Nikola Sarkozi "Barselona”–PSJ matçını izləyərkən stadiondan qovulub.

Axar.az xəbər verir ki, "Barselona”nın "Kamp Nou” stadionunda oyunu izləyən Sarkozi PSJ-nin qolundan sonra sevinib və "Barsa”nın əzəli rəqibi "Real Madrid”i dəstəkləyən sözlər işlədib. Bu isə ətrafındakı "Barselona” azarkeşlərinin hiddətinə səbəb olub. Mühafizəçilər xoşagəlməz halların yaşanmaması üçün Sarkozini həmin lojadan uzaqlaşdırıblar.

Ara sakitləşəndən sonra yenidən lojasına qayıdan keçmiş prezident PSJ-nin şok məğlubiyyətini stadionda izləyib.

Qeyd edək ki, ilk oyunda səfərdə PSJ-yə 4-0 hesabı ilə məğlub olan "Barsa” dramatik keçən cavab qarşılaşmasında son dəqiqələrdə 3 qol vuraraq, möhtəşəm geri dönüş edib və adını növbəti mərhələyə yazdırıb.