Fransua Oland iraklılara söz verdi - MOSULU AZAD EDƏCƏYİK

İraqda səfərdə olan Fransa prezidenti Fransua Oland bu ölkə vətəndaşlarına İŞİD-ə qarşı birgə mübarizə ilə bağlı onları dəstəkləyəcəyi vədini verib.
Sherg.az "Lemonde.fr"ə istinadən bildirir ki, F.Oland yaxın günlərdə Mosulun adıçəkilən terrorçu qruplaşmadan azad ediləcəyini deyib və iraklıları buna inanmağa çağırıb:
" Mosulun azad olunması bir həftəlik məsələdir. İraqın problemlərini öz ölkəmin problemi kimi qiymətləndirirəm. Mosulun terrorçu dəstə tərəfindən işğalını öz ərazilərimizin işğalı sayıram. Və hesab edirəm ki, İŞİD-ə qarşı mübarizədə bu şəhəri azad edə biləcəyik".
Ayyət