Argentina milli komandasının kapitanı və hücumçusu Lionel Messi yığmanın heyətində son məşqinə çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.
Oktyabrın 7-də Argentina milli komandası yoldaşlıq görüşündə Benin yığması ilə qarşılaşacaq. Bu oyun Messinin Argentina millisinin formasında keçirəcəyi sonuncu matç olacaq.
Oktyabrın 5-də komandanın düşərgəsinə qoşulan ulduz futbolçu artıq son məşqini də tamamlayıb.
Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina milli komandasının şərəfini qoruyur.