Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) Donetsk Xalq Respublikasının (DXR) Qorlovka şəhərində sərnişin avtobusuna hücumu nəticəsində 7 nəfər yaralanıb.
Sherg.az xəbər verir ki, bu barədə şəhər meri İvan Prihodko məlumat verib.
Onun sözlərinə görə, PUA Kalinin rayonunda avtobusa zərbə endirib. Hadisə nəticəsində yaralanan şəxslərin xəsarətlərinin müxtəlif dərəcədə olduğu bildirilir.
Qorlovka Donetskdən təxminən 50 kilometr şimalda yerləşir və DXR-in ən böyük şəhərlərindən biridir.