" “Freedom House” təşkilatının hesabatı çox gülünc və mənasızdır" - Baş redaktor
12:04 07.02.2019
Arxiv
537
"Ona görə də belə qurumların hesabatlarına ciddi baxmaq lazım deyil. Hazırladıqları sənədlərin hamısı qərəzlidir"
"Qərbin bəzi təşkilatları siyasi alverlə məşğuldur”.
Bunu "Sherg.az”a açıqlamasında "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktor bildirib ki, onlar peşəkar "moşennik”dilər və maxinasiya ilə məşğuldurlar:
"Qeyri-hökumət təşkilatları adı altında müxtəlif dövlətlərə təzyiq göstərmək, öz tələblərini diktə qtmək niyyəti güdürlər. "Freedom House” təşkilatının hesabatı çox gülünc və mənasızdır. Çox təəssüf doğuran bir sənəddir. Ermənistanın irəliyə getdiyini, Azərbaycan və Türkiyənin geridə qaldığını iddia etmək tamaşaya qoyulacaq səviyyədə anormal fikirdir. "Freedom House” təşkilatı ölkələrə öz siyasi maraqları çərçivəsində yanaşır. Ona görə də belə qurumların hesabatlarına ciddi baxmaq lazım deyil. Hazırladıqları sənədlərin hamısı qərəzlidir. Bu cür təşkilatların nəinki iki, hətta on sifətləri var”.
V.Rəhimzadə bəyan edib ki, Ermənistan cinayətkar, terrorçu dövlətdir. Ermənilər təkcə Azərbaycanda yox, Gürcüstanda, Türkiyədə, hətta Amerikada nə qədər terror hadisələri törədilib: ""Asala" terror təşkilatının həyata keçirdiyi sui-qəsdlər, qətllər hamıya bəllidir. Belə bir dövləti inkişaf etmiş ölkələrdən öndə görmək çox yaramaz və məntiqsiz yanaşmadır”.
Qeyd edək ki, ABŞ-dakı "Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı 2019-cu il hesabatında Azərbaycanı "azad olmayan” dövlətlər sırasında göstərib. Siyasi hüquqlar və mülki azadlıqlara həsr olunan hesabatda Azərbaycan həmçinin Cənubi Qafqazda yeganə "azad olmayan” ölkə kimi qiymətləndirilib. Hesabatda Azərbaycanın 11 xal topladığı deyildiyi halda, insan hüquqlarının kobud şəkildə pozulduğu işğalçı Ermənistana 51 xal verilərək "qismən azad” ölkələr siyahısına salınıb. Hətta uydurma sənəddə yazılıb ki, siyasi hüquqlar və vətəndaş azadlıqları göstəricilərinə görə, Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan geriləyib, Ermənistan isə irəliləyib. Sənəddə həmçinin Azərbaycan iqtidarına qarşı sərt tənqidi fikrilər də yer alıb. Rəsmi Bakı "Freedom House”un bundan əvvəlki hesabatlarını qərəzli hesab etdiyi kimi, sonuncunu da qərəzli hesab edir.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Köçəryan Azərbaycanla bağlı “vəd” verdi
17:25 25.05.2026
Gündəm
Putin Azərbaycan Prezidentini təbrik edib
17:02 25.05.2026
Gündəm
İran nümayəndə heyəti Qətərdə səfərdədir
16:53 25.05.2026
Gündəm
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
16:51 25.05.2026
Media
Prezident: Mayda Bakıda belə yağışın yağmasını xatırlamıram
16:38 25.05.2026
Gündəm
85 min insan Qarabağa qayıtdı - RƏY
16:31 25.05.2026
Aktual
Gecə boyunca fasiləsiz yatmaq hər zaman “normal” olmayıb
16:18 25.05.2026
Sağlamlıq
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - YENİLƏNİB
16:09 25.05.2026
Gündəm
134 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradıldı
15:56 25.05.2026
Sosial
Rusiya ilə alınmasa, alternativ tapacağıq - Mirzoyan
15:38 25.05.2026
Dünya
Simonyan Paşinyanı narkoman adlandırdı
15:36 25.05.2026
Gündəm
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
15:32 25.05.2026
Gündəm
Dünya liderləri İlham Əliyevi təbrik edir
15:21 25.05.2026
Gündəm
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
15:03 25.05.2026
Gündəm
Tramp: İranla yeni müqavilə əvvəlki sazişin tam əksi olacaq
14:21 25.05.2026
Dünya