""Gecəqondular" özəlləşdirilsin" - Millət vəkili
11:09 21.11.2017
Arxiv
438
"Türkiyədə iqtisadçıların İstanbul haqqında belə bir deyimi vardı: "İstanbul böyüdükcə, Türkiyə kiçilir". Bu fikri Bakı haqqında da işlətmək olar. Bakı böyüdükcə, Azərbaycan kiçilir”.
"APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
O bildirib ki, artıq bölgələrin inkişafı haqqında düşünmək və Bakını bu yükdən azad etmək lazımdır. Deputat Bakı ətrafındakı qəsəbələrə diqqət ayırmağın vacib olduğunu vurğulayıb. Onun fikrincə, Bakı ətrafında dəhşətli bir "gecəqondu" strukturu yaranıb: "Bu, dəhşətdir. Bakıətrafı qəsəbələrdəki mənzərə şəhərin mərkəzində görünən gözəlliklə üst-üstə düşmür”.
Deputat vətəndaşların bu "gecəqondular"ını özəlləşdirməsinə imkan yaradılmasını təklif edib: "Belə olan halda dövlət büdcəsinə əlavə gəlir gələcək. Ya da regionda insanlar üçün şərait yaradılsın ki, paytaxta gələn insanlar regionlara qayıdaraq işlə məşğul olsun”.
F. Mustafa qeyd edib ki, bu gün regionların inkişafı üçün müəyyən addımlar atılır: "Lakin Gəncədən başqa heç bir regionda beynəlxalq standartlara uyğun universitet qurulmayıb. Gəncədə Aqrar Universitetin modern yataqxana kompleksi var, Bakıda bir çox universitetin heç belə yataqxana kompleksi yoxdur. Biz bu gün insan kapitalından danışırıq, lakin tələbələrin təqaüdünü azaldırıq. Onların yataqxana problemini həll etməmişik”.
Deputat həmçinin xəstəxanaların özəlləşdirilməsi məsələsinə də toxunub. O qeyd edib ki, dövlətin imkanları daxilində bir sıra xidmətlərin göstərilməsi çətindir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya