Gələn il dövlət büdcəsindən səhiyyəyə ayrılacaq məbləğdə koronavirus da nəzərə alınıb - FOTO
14:00 22.12.2020
Arxiv
475
2021-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 409 milyon manat vəsait ayrılıb.
Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, növbəti il səhiyyə xərcləri dövlət büdcəsi xərclərinin tərkibində 4,9 faiz xüsusi çəkiyə malik olacaq.
Səhiyyə xərcləri üçün ayrılan vəsaitin 1,5 milyon manatı poliklinika və ambulatoriyaların saxlanılması xərclərinə, 153,7 milyon manatı xəstəxanaların saxlanılması xərclərinə, 2,4 milyon manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlar xərclərinə, 1 milyard 251,4 milyon manatı səhiyyə sahəsində digər xidmətlərin maliyyələşdirilməsinə yönəldiləcək.
Bildirilib ki, son beş ildə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1 faiz-bənd, natural ifadədə isə 706,5 milyon manat və ya iki dəfə artıb.
Ölkədə koronavirus infeksiyasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi səhiyyə sahəsinə yönəldilmiş dövlət büdcəsi vəsaitlərinin həcminin artması, bu sahədə göstəricilərin əsaslı surətdə yaxşılaşdırılmasına və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaradıb.
Mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tibb müəssisələrində, eləcə də özəl və təsərrüfathesablı tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşlarına müəyyən edilmiş (3-5 misli miqdarında) müddətli əlavələrin ödənilməsi üçün 2021-ci ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait proqnozlaşdırılıb.
Növbəti ildə yoluxması ehtimal olunan şəxslərin karantin nəzarətinə götürülməsi, infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə ölkənin müvafiq bölgələrində quraşdırılmış modul tipli xəstəxanaların və stasionar müalicə tədbirlərinə özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən tam təsərrüfathesablı tibb müəssisələrinin cəlb edilməsi işləri 2021-ci ildə də davam etdiriləcək.
Qeyd edilib ki, bütün bunları nəzərə alaraq infeksiya ilə mübarizə üçün zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün növbəti ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya