Gələn ilin büdcəsi 20 milyarddan artıqdı





Milli Məclisdə gələn ilin büdcəsi müzakirə olunur. 

Sherg.az-ın xəbərinə görə, Maliyyə naziri Samir Şərifov deyib ki, 2018-ci ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən 2018-2021-ci illərdə makroiqtisadi proqnozlar və qlobal iqtisadi proseslər nəzərə alınıb. 

Nazirin sözlərinə görə prezident İlham Əliyevin rəhbərliyi altında görülən iqtisadi siyasət tədbirləri hədəflənən nəticələrə, yəni ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasına, milli valyutanın məzənnəsinin sabitləşdirilməsi və ona olan inamın bərpa olunmasının ilkin mərhələsinin təmin olunmasına cari ilin əvvəlindən ötən dövr ərzində nail olduğunu göstərir: 

"2018-ci ilin dövlət büdcəsi hazırlanarkən ölkənin müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, kənd təsərrüfatı sahəsinin inkişafı, məşğulluğun artırılması və sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclər prioritet olaraq qalıb”. S.Şərifov qeyd edib ki, növbəti il dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat, xərcləri isə 20 milyard 905,7 milyon manat təşkil edəcək. 

Beləliklə, dövlət büdcəsinin 778,7 mln. manat kəsirlə icra olunacağı proqnozlaşdırılır: "Növbəti il Dövlət Neft Fondundan (ARDNF) büdcəyə 9,216 milyard manat transferti nəzərdə tutulub. 2017-ci ildə bu rəqəm 7,5 milyard manat və ya 1,716 milyard manat az olub.

Anar