Gəlin adam öldürüb...
20:56 11.02.2017
Arxiv
1115
Onun məhkəmə zalından azadlığa buraxılması mümkün deyil
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, qətlə yetirilən V.Kərimovun atası Səfa Kərimov gəlinini bağışladığını deyib: "Mənim heç bir şikayət və tələbim yoxdur. Gəlinimi bağışlayıram. Bir uşağı var. Olan oldu. Mən nəvəmi istəyirəm. Ona görə xahiş edirəm ki, Nuridə Kərimovanı azadlığa buraxın”.
Şahidlər gəlmədiyi üçün prosesdə fevralın 14-dək fasilə elan olunub.
Qeyd edək ki, qətl hadisəsi ötən il iyulun 23-də Ramana qəsəbəsində baş verib. Nuridə Kərimova həyat yoldaşı, 32 yaşlı Vüqar Kərimovu münaqişə zəminində qətlə yetirib.
Evə içkili halda gələn Vüqar Kərimovla həyat yoldaşı arasında dava düşüb. Ərinin bıçaqla onu öldürəcəyini görən qadın cəld tərpənərək bıçaqla ona zərbələr endirib. V.Kərimov hadisə yerində dünyasını dəyişib.
Məsələ ilə bağlı "Şərq”ə danışan vəkil İradə Cavadovanın sözlərinə görə, zərərçəkmiş tərəf şikayətçi olmadığı halda, bu, sadəcə yüngülləşdirici hal kimi qiymətləndirilə bilər:
"Əgər mərhumun atası ilə öldürən tərəf arasında hansısa formada bir razılaşma əldə olunubsa, məhkəmə bunu nəzərə alıb, Nuridə Kərimovanın cəzasını yüngülləşdirə bilər. Amma mən məhkəmə təcrübəsində rast gəlməmişəm ki, ortada ölüm hadisəsi olduğu halda zərərçəkmiş tərəf şikayətçi deyil deyə məhkəmə təqsirləndirilən şəxsi məhkəmə zalından azad etsin. Burada qəsdən adam öldürmədən söhbət gedir”.
İ.Cavadovanın sözlərinə görə, baş verən cinayət hadisəsində digər yüngülləşdirici hallar olduğu təqdirdə cinayət törədən şəxsin şərti azadlığa buraxılması mümkündür:
"Konkret işlə bağlı məlumatlı olmadığım üçün dəqiq bir söz deyə bilmirəm. Ola bilsin ki, gəlin öz həyat yoldaşını ehtiyatsızlıqdan öldürüb?! Məlumatda ölən şəxsin sərxoş vəziyyətdə olduğu qeyd olunur. Hətta xanım iddia edib ki, həyat yoldaşı onu bıçaqla öldürmək istədiyi üçün özünü müdafiə edib. Əgər istintaq bu kimi yüngülləşdirci maddələri təsdiqləsə, məhkəmə Nuridə Kərimovaya şərti cəza kəsə bilər”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya