Soyuq olanda əlil kartıyla qatara minib yol gedir, bir də geri qayıdır
Manisada 2 il əvvəl atasının keçirdiyi bir qəza sonrası işsiz qalmasıyla küçədə yaşamağa məhkum olan Gökhan Bürelli, atasının vəfatından sonra tək başına həyat mücadiləsi verir.
Gündüz küçələrdə iş axtaran, gecələri körpünün altında yatan gənc adam, həddindən artıq soyuq olanda əlil kartıyla aldığı ödənişsiz biletlə Manisadan Konyaya gedən qatara minərək həyatda qalmağa çalışır.

Türk mediası xəbər verir ki, Manisada hələ həyatının baharında böyük ağrılar yaşayan 28 yaşlı Gökhan Bürellinin dramı ürəkləri dağlayır. Əvvəl anasını itirən və atasıyla birlikdə yaşamağa çalışan Gökhan Bürelli, atasının keçirdiyi qəza sonrasında işsiz qalır. 2 il əvvəl küçədə yaşamağa başlayır. Ata - oğul bir il küçədə yaşayırlar və atasını keçən il həyatını itirir. Bundan sonra gənc adam tək başına həyat mübarizəsi verir. Gündüzləri iş axtararaq vaxt keçirir, gecələr isə Yunusemre qəsəbəsindəki Alparslan Türkeş körpüsünün qovşağının altında yatır. Bürelli, həddindən artıq soyuqlar olanda isə bilet tapa bilsə, əlil kartıyla Manisadan Konyaya yola düşərək soyuqdan qorunmağa çalışır. Həftədə bir gün ona sahib çıxan bibisində isti yemək tapan Bürelliyə atasının yoldaşları da imkanları olanda kömək etməyə çalışırlar.
Əlində peşəsi olmasına baxmayaraq iş tapa bilməyən gənc adamın tək istəyi isə bir işə girib başını soxa biləcəyi bir ev tutmaqdır.
Qaynaqçı sertifikatı olduğunu izah edən Gökhan Bürelli, "Körpünün altında yaşayıram. Ana və atamın vəfatından sonra kəkələməm olduğu üçün işsizəm. Atamın ayağına zibil bidonu düşdüyü üçün ayağı qanqren oldu. Ayağını dizindən kəsdilər və dözə bilməyərək 64 yaşında vəfat etdi. 2016-cı ildən bəri tək başıma burada yaşayıram. Böyük qardaşlarım var, amma onlar da sahib çıxmırlar. Bir bibim var, Allah ondan razı olsun, həftədə bir evinə gedirəm, yemək yeyirəm” deyir.
Körpünü özünə ev edən Bürelli altına sərdiyi bir karton, üzərinə örtdüyü kiçik bir örtüklə soyuq havalara müqavimət göstərməyə çalışır: "İş tapsam, dərhal bir ev tutacağam, amma kəkələməm olduğu üçün fabrik də iş vermir. Böyüklərimizdən bir iş, əgər olsa bir də yatacaq yuva istəyirəm. Havalar soyuq olunca əlil kartım var, onunla qatarlar ödənişsiz olur. Bilet alıb buradan Konyaya gedib, geri gəlirəm. Yəni axşamları soyuqdan qorunmaq üçün qatara minirəm. Bu gün yer olmadığı üçün qatara bilet tapa bilmədim, ona görə gecəni burada keçirirəm”.