Gənclərə ŞAD XƏBƏR: " Hövsanda 2000, Yasamalda 1900 sosial mənzil tikiləcək"
16:23 21.11.2017
Arxiv
1343
"Yasamal rayonunda tikiləcək yeni binalarda təxminən 1900-ə yaxın sosial mənzil olacaq”.
Bunu "Sherg.az”a iqtisadçı ekspert Vüqar Bayramov deyib.
İqtisadçının sözlərinə görə, daha sonra Hövsanda yeni sosial evlərin tikiləcəyi planlaşdırılıb:
"Buradakı binalarda da təxmini 2000 mənzil olacaq. Göründüyü kimi mənzillərin sayı hər il artırılır.
Ola bilər ki, gələcəkdə sosial mənzillərin verilmə şərtləri yüngülləşdirilsin. genişləndirilsin. Ümumilikdə digər vasitələr hesabına da mənzillərin inşası mümkün ola bilər. Nəticədə müxtəlif kateqoriyalarda mənzillər əhaliyə təklif edilər. Bu da daha çox vətəndaşlarımızın, gənc ailələrin mənzillə təmin olunmasına şərait yaradar.
Sosial mənzillərin artırılması üçün büdcədən kənar vəsaitlərin cəlb edilməsi, bunun hesabına inşa edilən mənzillərin artırılmasını təklif etmişik. Bununla da digər şəxslər, gənc ailələr də sosial mənzillərlə təmin oluna bilər. Birmənalı şəkildə daha çox gənc ailələrin sosial mənzillərlə təmin olunmasına çalışmalıyıq”.
Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan şəxslər sosial mənzillər ala biləcək. Şərtlərə əsasən aşağıdakı şəxslərin bu kreditdən istifadə hüququ vardır:
Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
Üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs;
Elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs;
İdman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);
Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara ipoteka krediti üzrə güzəştlər şamil olunmur.
İpoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya