Gənclərin əksəriyyəti baş ağrılarından şikayət edirlər
08:28 30.01.2018
Arxiv
755
Professorun sözlərinə görə, bu hal daha çox təzyiqi aşağı olan xəstələrdə müşahidə olunur
Son vaxtlar hər kəs baş ağrısından şikayətlənir. Günlərlə davam edən bu ağrılara heç bir ağrıkəsici dərmanın xeyri yoxdur. Səbəb olaraq havada maqnit şüalarını, təzyiq yüksəkliyini və mövsümü göstərsələr də, ağrıların nədən qaynaqlandığını dəqiq bilmək olmur. Uzun müddət qapalı mühitdə işləmək, havasız qalmaq, monitorlu alətlərdən - telefon, planşetdən istifadə də baş ağrısı yaradır.
Baş ağrılarının əsas səbəblərindən biri də miqrendir. Məlumdur ki, miqrendən əziyyət çəkən insanların sayı yetərincə çoxdur. Bəs bu şiddətli ağrılardan yaxa qurtarmaq üçün nə etmək lazımdır?
Təbii ki, insanların əksəriyyəti başı ağrıyan zaman dərhal ağrıkəsici dərmanlara üz tutur. Həkimlər isə baş ağrıyan zaman dərhal dərman içməyin düzgün olmadığını deyirlər. Ümumiyyətlə, ağrıkəsicilərin uzun müddət qəbul edilməsi təkrarlanan baş ağrılarının yaranmasına gətirib çıxara bilər. Belə hallarda dərman qəbulu nəticəsində baş verən ağrı ilə öncədən mövcud olan ağrını fərqləndirmək çətin olur. Uzunmüddətli dərman qəbulu vasitəsilə baş ağrıları sakitləşdirilə bilər. Amma yadda saxlamaq lazımdır ki, uzunmüddətli dərman qəbulunun ağırlaşmaları da var.
Baş ağrılarının çoxalması ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla fikirlərini "Şərq”lə bölüşüb. Professorun sözlərinə görə, ağrıların səbəbləri olduqca müxtəlifdir.
Ona görə də dəqiq səbəb müəyyən edilməli, daha sonra müəyyən tədbirlər görülməlidir. Əks halda yanlış diaqnozun qoyulması müxtəlif problemlərə səbəb ola bilər:
"Aşağı və yuxarı təzyiqli insanlar da bu ağrılarla tez-tez üzləşirlər. Aşağı təzyiqli insanların beyin damarlarında spazm, yuxarı təzyiqlilərdə isə gərginliklər olur və hər ikisi baş ağrıları ilə nəticələnir. Beyin daxili təzyiqi və miqreni olanlar və meteohəssas insanlarda maqnit dalğalarından baş ağrıları yaranır. Müxtəlif infeksion xəstəlikləri olan insanlar da ağrılarından əziyyət çəkirlər”.
A.Qeybulla son vaxtlar qan təzyiqi aşağı olan insanların sayının çoxaldığını və belə şəxslərin də baş ağrıları ilə üzləşdiyini bildirdi: "
İnsanların hər biri müxtəlif xəstəlikdən əziyyət çəkdikləri üçün ağrıların konkret səbəbini söyləmək çətindir. Bu xəstəlikləri öncə qruplara bölmək lazımdır. Məsələn, hansı qrupdan olan şəxslərin baş ağrıları artıb? Düşünürəm ki, bu, təzyiqi aşağı olan xəstələrdir. Bu gün gənclərin əksəriyyətində təzyiqin aşağı olduğu müşahidə olunur.
Aşağı təzyiqli şəxslər gələcəkdə yüksək təzyiqli olmağa namizədlərdir. Miqren ağrılarının da səbəbləri tam dəqiq bilinmir. Müxtəlif hormonal dəyişikliklər də miqrenə səbəb olur. Beyində vazomotor sistemlər çox həssasdır və xırda bir patalogiya beyin damarlarının sıxılmasına şərait yaradır. Beyin damarları oksigenə çox həssasdır. Hətta bir müddət oksigenin azalması huşun itirilməsinə səbəb ola bilər. Beyin damarları çox həssas olduğuna görə, damarlar sıxılır və genişlənir və baş ağrılarına şərait yaradır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol