Gənclərin özü "Quran"ı oxuyub, anlamalıdır - QƏNİRƏ PAŞAYEVA




Cihad anlayışını doğru yorumlamayan bütün din rəhbərləri İŞİD (DAEŞ)-in çörəyinə yağ çəkir. Elə indi gənclərini İŞİD (DAEŞ)-in yanlış İslam yorumundan qorumaq istəyən müsəlman dövlətlərin bütün din görəvlilərinin Cihad anlayışını gənclərə İslamda olduğu kimi, necə yazılıbsa elə, doğru anlatılması lazım. Bu gün ən diqqət ediləcək məsələlərdən biridir bu. Gənclərə isə tövsiyyəm dini kitabları özlərinin oxumasıdır. Yanlış yola çəkmək istəyənlərin qurbanı olmasınlar deyə"

Sherg.az xəbər verir ki, bu sözləri öz feysbuk səhifəsində millət vəkili Qənirə Paşayeva bildirib.

Xanım deputatın sözlərinə görə, türk milləti başqalarının deyil, öz dədələrinin İslam anlayışını oxusalar İŞİD(DAEŞ) və digər radikal zihniyyətlər bizim bölgələrimizdə gənclərimizi bizdən çalamazlar:"

 21-ci yüzildə o zihniyyətin qadına baxışını hamınız bilirsiniz. Amma yüzillər öncə dədələrimizdən biri Hacı Baktaş-i Veli qadına sadəcə kişinin qarşı cinsi olaraq baxmamış, digər yarısı olaraq görmüşdür və bu müthiş dördlüyü yazmışdır:

Erkek, dişi sorulmaz muhabbetin dilinde.
Hakkın yaratdığı her şey, yerli yerinde.
Bizim nazarımızda kadın, erkek farkı yok.
Noksanlık,eksiklik senin görüşlerinde.

Əlavə izaha ehtiyac yoxdur. Yüzillər əvvəl bunu Türk millətinin dəyərli övladı, böyük İslam alimi, ustad, Allah dostu söyləyib. İslamı yanlış yorumlayaraq gənclərimizi bizdən qoparan radikal zehniyyətlərə qarşı tək mücadiləmiz öz dədələrimizi, onların İslam anlayışını gənclərimizə öyrətməmizdir. Yoxsa, İslamı yanlış yorumlayan və getdikcə güclənən radikal güclər daha da güclənəcək və bunun acısını hamımız çəkəcəyik. 

Necə ki, İstanbulda son partlayışla ilgili sosial mediada bəzi kişilərin yorumlarına baxdığımız zaman bunlar gerçəkdən bizimlə eyni millətinmi evladı deyirik öz-özümüzə. Belələrinin xətalarını anlaması və saylarının çoxalmaması üçün əziz gənclər, başqalarının deyil, öz dədələrinin İslam anlayışını oxuyun lütfən. Ahmet Yesevileri, Hacı Bektaş Velileri, Şems Tebrizileri, Sarı Saltıkları, Seyit Yahya Bakuvileri və.s