Gender bərabərliyini Borçalıya tətbiq etmək çətindir
07:24 17.11.2017
Arxiv
824
Zəlimxan Məmmədli: “Bizim ailə sistemimiz, ailə quruluşumuz var. Bunu hansısa formada dəyişmək mümkün deyil”
Gürcüstan ombudsmanı Uça Nanuaşvili Marneuli rayonunun icra başçısı Temur Abazovu gender bərabərliyini təbliğ etməyə çağırıb. Buna səbəb noyabrın 13-də Qaçağan kəndində yerli sakinlərlə keçirilən görüşdə yalnız kişilərin iştirak etməsi olub. Görüş iştirakçılarının sözlərinə görə, qadınların görüşə gəlməməsinin səbəbi onların kəndin mərkəzinə gəlməyə icazələrinin olmaması və ev işləridir. Ombudsman bildirib ki, ölkədə gender bərabərliyinin təmin olunması ilə bağlı bir sıra problemlər qalmaqdadır:
"Qadınların ölkənin sosial və siyasi həyatında rolu çox vacibdir. İctimai həyatda kişilərin dominantlıq etməsi ilə bağlı stereotiplər təbliğ olunmamalıdır. Bu, gələcəkdə qadınların diskriminasiya olunacağı ilə bağlı narahatlıq yaradır. İcra başçısı rayonda qadın və kişilər üçün bərabər şərait yaratmalıdır”.
Azərbaycanlı qadınların Gürcüstanın siyasi-iqtisadi və sosial həyatında aktiv olması ilə bağlı çağırış ekspertlər tərəfindən müsbət qarşılanıb. Borçalıdan olan ictimai xadim Zəlimxan Məmmədli "Şərq”ə deyib ki, konseptual yanaşdıqda, təklifin doğru olduğunu görürük. Ekspertin sözlərinə görə, məsələyə Avropa standartları, vətəndaş və seçki hüququ prizmasından baxanda qadınlar da kişilər kimi 18 yaşından sonra dövlət quruculuğunda iştirak edə bilərlər:
"Lakin Borçalı kimi hələ də mühafizəkar olan, məişət qaydalarının nisbətən güclü olduğu bir yerdə bu təklifi birbaşa topluma tətbiq etmək imkanlarımız məhduddur. Ancaq yeni nəsil formalaşır, cəmiyyətin siyasi və sosial həyatında aktiv olan kifayət qədər xanımlarımız var. Gürcü mühitinə alışan, siyasi-ictimai prosesləri bilən fəal gənclərimiz bu boşluğu doldurmaq istiqamətində ilkin addımlar atırlar. Seçkilərdə, yerli bələdiyyələrdə namizədliyini irəli sürən, öz fikirləri olan, ideoloji-siyasi cəhətdən müəyyən məktəb keçən, QHT sektorunda püxtələşən qadınlarımız üzə çıxmaqdadır.
Əgər Gürcüstan demokratik inkişaf yolundan ayrılmazsa, cəmiyyətləşmənin Avropa modeli tam bərqərar olarsa, mən ombudsmanın təklifinin reallaşmasının tərəfdarı olaram. Hətta bunun vacib olduğunu düşünürəm.
Xatırladım ki, yerli seçkilərdə bəzi dairələrdə xanımlarımız kifayət qədər səs toplaya bildilər. Borçalının "evdar qadın” obrazı artıq siyasi-ictimai fəal qadın obrazı ilə əvəzlənmək üzrədir. Hesab edirəm ki, müəyyən dəstəklərlə xanımlarımızın ictimai-siyasi fəaliyyətə inteqrasiya olunmasına nail olmaq olar”.
Z.Məmmədli bildirib ki, gender bərabərliyi önəmlidir, amma bizim ailə sistemimiz, ailə quruluşumuz var. Bunu hansısa formada dəyişmək mümkün deyil:
"Çünki bu dəyərlər min illər boyu formalaşıb. Ancaq xanımları əşyalaşdırmaq da olmaz. Elə kişi var ki, çöldə sahə müvəkkilinə gücü çatmır, evdə xanımına "xoruzlanır”. Məmurdan qorxan adamın öz hirsini evdə qadının üzərinə tökməsi yolverilməzdir və gender bərabərliyinin pozulmasıdır. Marneuli bələdiyyə başçısı azərbaycanlıdır və deyilənə görə, savadlı oğlandır. Əgər onun da proqramında bu məsələ varsa, tədricən müəyyən addımlar atmaq lazımdır. Hər bir ailəni həvəsləndirmək lazımdır ki, əgər xanımlar aktiv ictimai-siyasi proseslərdə iştirak etsələr, həmin ailənin rifahı daha yaxşı olacaq. Məncə, zamanla ailələrdə düşüncə dəyişikliyi olacaq.
Onu da deyim ki, Borçalıda kişilərə də birmənalı baxmırlar. Kişilərə təsərrüfat adamı, xanımlara isə evdar qadın kimi yanaşırlar. Bu baxış dəyişməlidir. Borçalı kişisi və qadını çağdaş dünyanın tələblərinə uyğun olan vətəndaşlar və yetkin xadimlərdir. Artıq bu proses başlayıb və davam edir. Siyasi cəhətdən aktiv və nümunəvi gənclik formalaşır və onların içində kifayət qədər xanımlar da var”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə