“Bu, vətəndaşın şəxsi həyatına birbaşa müdaxilədir”
Alış-veriş mərkəzlərində, həmçinin geyim mağazalarında müşahidə kameralarının olmasından
çoxumuz məlumatlıyıq. AVM-lərdə belə kameralar azı hər güncdə diqqətimizi çəkir. Bunu təbii
qarşılayırıq; zəmanəmizdə müşahidə kameraları bir növ mühafizəçi, gözətçi rolunu oynayır.
Onlara hər yerdə rast gəlmək mümkündü, hətta geyim mağazalarının geyim yoxlama otaqlarında da. Nə qədər qəribə olsa da, belə geyim mağazaları da var. Bu barədə Bakı sakini a24.az saytına yazıb. Saytın izləyicisi bildirir ki, paytaxtdakı bəzi geyim mağazalarında lampa formalı müşahidə kameraları quraşdırılıb. Zahirən elektrik lampasını xatırlatdığından heç kim
şübhələnmir və xanımlar da rahatca soyunub almaq istədikləri yeni libasları bədənlərində
yoxlayırlar. Bu dəqiqələrdə isə kamera öz "işini görür”. Qadınları gizli-gizli lentə alır.
Deyilənə görə, sonra mağaza əməkdaşları kameradakı görüntüləri izləyirlər. Deməli, arvadların orasınaburasına baxırlar, həə?! Sayta məlumat göndərən şəxs yazır ki, lampa formalı bu kameraların yan tərəfində yaddaş kartı yeri var. Ora kart yerləşdirilir, bununla da videogörüntü əldə edilir. Bəzi
mağaza sahibləri geyim dənəmə otaqlarına müşahidə kameralarının qoyulmasını mümkün
oğurluqların qarşısını almaq məqsədi daşıdığını iddia edir. Guya ki, bəzən xanımlar geyinmə-
soyunma otaqlarında qarışıqlıqdan istifadə edib, təzə libası köhnə paltarlarının altından geyinib
mağazanı tərk edirlər. Yaxud kimsə kiçik paltarları, bəzən şərfləri əl çantasında gizlədib aradan
çıxır. Amma bu, xalqın qız-gəlinini paltar dəyişdiyi yerdə görüntüyə almaq ixtiyarı verirmi?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında biznes qurumlarınınonlar üçün yaradılmış münbit şəraitdən sui-istifadə etdiyini bildirdi:
- Biznes qurumların fəaliyyətinə heç kim müdaxilə edə bilmir. Biz dəfələrlə İqtisadiyyat
Nazirliyinə istehlakçı hüquqlarının pozulması ilə bağlı müraciətlər etmişik. Həmişə də bizə
bildiriblər ki, ölkədə azad sahibkarlıq mühiti mövcuddur, heç bir qurum sahibkarların
fəaliyyətinə müdaxilə edə bilməz. Azərbaycanda sahibkarlar üçün əlverişli şərait mövcuddur və
belə halda mağaza sahiblərinin hara istəsələr müşahidə kamerası yerləşdirmələri də istisna
olunmur.
Bəs bu tip "lampalarla” rastlaşan alıcı nə etsin?
E.Hüseynov alıcıların hər bir məsələ barədə məlumat əldə etmək hüququ olduğunu bildirdi:- Alıcı geyim otağında müşahidə kamerası görərsə, satıcıdan bu barədə dolğun məlumat
verməsini tələb etmək hüququna malikdir. Həmçinin, vətəndaşın şəxsi həyatına izinsiz müdaxilə
aşkarlanarsa, istehlakçı məhkəməyə müraciət edib iddia qaldıra bilər. Müşahidə kameraları bir
çox yerlərdə quraşdırılır, o cümlədən yaşayış binalarında, məktəblərdə, ofislərdə və s. Amma
geyinmə otaqlarında kameraların olması yolverilməzdir. Bu, vətəndaşın şəxsi həyatına birbaşa
müdaxilədir. Azərbaycan Konstitusiyasında vətəndaşın şəxsi həyatı toxunulmazdır.
Məlahət Rzayeva