Girovlarımızı necə azad edək? - Deputat yol göstərdi

Asim Mollazadə: "Hər bir imkandan istifadə edərək beynəlxalq qüvvələri Ermənistanın üzərinə qaldırmalıyıq"


"Azərbaycan Minsk qrupundan tələb edir ki, girovlarla bağlı Ermənistana təzyiq göstərilsin”.

Bunu Sherg.az-a Ermənistan hərbçiləri tərəfindən girov götürülən Elnur Hüseynzadənin Azərbaycana qaytarılmasının mümkünlüyündən danışarkən millət vəkili Asim Mollazadə deyib. O bildirib ki, indiyə qədər Minsk qrupunun üzvləri bu məsələni qaldırsa da,, nəticə yoxdur:

"Beynəlxalq təşkilatlarda bu məsələni qaldırırlar. Biz məsələ ilə bağlı işləri davam etdirməliyik və hər bir imkandan istifadə edərək beynəlxalq qüvvələri Ermənistanın üzərinə qaldırmalıyıq. Hər zaman davamlı iş aparılmalıdır.

Rusiya Minsk qrupunun həmsədridir və Ermənistanın sahibidir. Ermənistan müstəqil deyil ki, özbaşına qərarlar versin. Rusiya doğrudan da, Azərbaycana tərəfdaş olmaq istəyirsə, sərt mövqe sərgiləməlidir”.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları E. Hüseynzadəyə baş çəkiblər.

Xatırladaq ki, Hüseynzadə Elnur Elman oğlu fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən, Tərtər rayonu, Talış kəndi istiqamətində girov götürülüb.

Ayyət Əhməd