Güclü külək əsəcək - Sabah
09:27 22.01.2019
Arxiv
359
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Sherg.az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.
Yanvarın 22-si axşamdan 23-ü gündüzədək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə