Güclü külək Lənkəranda fəsadlar törədib




Gecə saatlarında başlayan güclü külək Lənkəran rayonunda bir sıra fəsadlar törədib.

Sherg.az xezerxeber.az-a istinadən bildirir ki, rayonun elektrik təsərrüfatı və eləcədə bəzi kəndlərində istixanalar ziyan görüb.

Küləyə görə rayonun bir neçə kəndlərinə səhər saatlarına kimi enerjinin verilişi dayandırılıb. Aşan iri gövdəli hündür ağaclar onlarla elektrik dirəyini də sıradan çıxarıb, naqilləri qırıb. Rayonun Kərgəlan, Lüvəsər kəndlərində də elektrik dirəkləri aşıb.
Səhər saatlarından dağ kəndi olan Günəhir və ətraf kəndlərdə baş verən qəzaların aradan qaldırılması istiqamətində təmir briqadaları işləyib. Hazırda kəndlərə enerjinin verilişi bərpa olması üçün işlər görülür. Külək bundan əlavə həyətlərə də ziyan vurub.
Rayon Elekruk Şəbəkəsindən verilən məlumata görə, axşam saatlarına qədər enerji verilişi qismən bərpa olunub. Bərpa işləri davam etdirilir.