“Gücü zəif olan banklar birləşməlidir”
20:41 16.09.2016
Arxiv
558
“Azərbaycan kimi ölkələrdə 12-15 bankın fəaliyyəti kifayətdir”
Azərbaycanın bank sistemi dərindən monitorinq olunmalıdır. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə açıqladığı proqnozda deyilir. Fondun rəhbərliyi hesab edir ki, qeyri-səmərəli bankların bağlanması müsbət haldır və maliyyə sektorunun dayanıqlılığına dəstək olmaq üçün atılan addımlar davam etdirilməlidir.
BVF rəsmiləri tənzimləyiciləri böyük bankın özəlləşdirilməsi məqsədilə restrukturizasiya prosesini davam etdirməyə, bank sisteminin digər iştirakçılarının da problemlərini həll etməyə çağırıb.
BVF-nin çağırışını dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimov "Şərq”ə bildirib ki, indiki makroiqtisadi tarazlığın pozulduğu bir vəziyyətdə bankların konsolidasiyaya getməsi vacib haldır: "Bu proses getməsə, yaxın gələcəkdə maliyyə kredit sisteminin stabilləşməsi mümkün olmayacaq. Eyni zamanda vətəndaşların bank sisteminə olan inamının qaytarılması prosesi bu addımlar atılmadan reallaşmayacaq. Gücü olmayan maliyyə qurumları konsolidasiyaya getməlidir”.
İqtisadçı diqqətə çatdırıb ki, iqtisadiyyatımızın stabil vaxtında belə, Azərbaycanda bankların sayı normadan çox idi: "Bu da biznes mühitində güclərin parçalanması deməkdir. Bank istədiyi halda öz səviyyəsində işləyə və güc yığa bilmir. Eyni zamanda monopolist baxışlardan yanaşsaq, beynəlxalq standartlara cavab vermir. Hər şey iqtisadiyyatın vəziyyətindən asılıdır. Bir sözlə, Azərbaycan kimi ölkələrdə 12-15 bankın fəaliyyəti kifayətdir”.
Bəzi bankların əmanətləri qaytara bilməməsinə gəlincə, ekspert söyləyib ki, hazırda bunun tənzimlənməsi üçün yalnız bank sistemində hər hansı işlərin görülməsi kifayət etməyəcək: "Biz neft amilindən asılı olan ölkəyik. Neftin qiyməti dünya bazarında 4 dəfə ucuzlaşdı və Azərbaycanda makroiqtisadi tarazlıq pozuldu. Bizim problemlər bank sistemindən irəli gəlməyib. Bank sistemi sadəcə olaraq mövcud vəziyyətə uyğun davranıb. Ona görə də, bunun adını makroiqtisadi tarazlığın pozulması qoyublar. Bütün iqtisadi proseslər öz oxundan çıxıb.
Hazırda biz bank sisteminin tənzimlənməsini yalnız bank maliyyə sistemindən başlaya bilmərik. Mövcud vəziyyətdən çıxmaq üçün kompleks tədbirlər planı hazırlanmalıdır. Yəni fəaliyyətimizin bütün sahələrindən söhbət gedir. Bunun da kökündə ancaq islahatlar durur. İkinci yol yoxdur. Maliyyə sistemində təkcə bank sistemində yenidənqurmanın aparılması istədiyimiz effekti verməyəcək. "Quyuya su doldurmaqla quyu dolmur”. Gərək quyunun özündə su olsun. Ümumiyyətlə, məzənnənin qapanmış dairəsi sindromundan çıxmalıyıq. Başqa ikinci yol yoxdur. Ancaq iqtisadiyyatın bütün sahələrinin kompleks şəkildə yenidən qurulmasına ehtiyac var. Bunun da yeganə yolu islahatlardan keçir”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial