"Gülənin Türkiyəyə ekstradisiyasını proqnozlaşdırmaq çətindir” - Bəxtiyar Hacıyev




"ABŞ-da siyasi postlara yeni kadrlar təyin edilsə də, ölkə kəşfiyyatı, Dövlət Departamenti və digər bir çox qurumlarda uzun illər çalışmış təcrübəli şəxslər var. Onlar Gülənin və Gülən hərəkatının terror təşkilatı olmadıqlarını deyirlər. Hətta ABŞ-da bir çox orta məktəb və universitetlərin idarəçiliyini tamamən bu hərəkatın təmsilçilərinə təhvil veriblər"

Bunu Sherg.az-a Tramp Fətullah Güləni Türkiyəyə qaytara bilərmi?" sualına cavab verərkən bloqqer, gənc siyasi fəal Bəxtiyar Hacıyev deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı indidən nə isə proqnozlaşdırmaq çətindir:

. Çünki uzun illər dövlətin özünün təhsil səviyyəsini qaldırıb, kriminal vəziyyəti yaxşılaşdıra bilmədiyi bir çox bölgələrdə məhz bu hərəkatın məktəbləri uğurlu təhsil qurumları qurublar. Buna görə də zənn etmirəm ki, yaxın zamanda Tramp administrasiyası Gülənin ekstradisiyası məsələsini gündəmə gətirəcək”.

Aysel Aslan