Gürcüstan parlamentində gərginlik: Rusiya nümayəndəsinə görəiclas dayandırıldı
13:13 20.06.2019
Arxiv
560
Gürcüstan parlamentində keçirilən Parlamentlərarası Pravoslav Assambleyasının 26-cı Baş Assambleyası gürcüstanlı və rusiyalı deputatlar arasında baş verən gərginlik səbəbi ilə yarımçıq qalıb. APA -nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, gərginliyin səbəbi Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun assambleyanı Gürcüstan parlament sədrinin kreslosunda əyləşərək idarə etməsi olub. Müxalifət partiyalarının nümayəndələri bu duruma etiraz ediblər və bunun gürcü xalqı üçün utancverici olduğunu bildiriblər.
Gürcüstan parlamentinin "Avropalı Gürcüstan” partiyasından olan üzvü Akaki Boboxidze ilə rusiyalı millət vəkili arasında mübahisə isə qarşıdurmaya çevrilib. A.Boboxidze rusiyalı millət vəkilinin üstünə su atıb. Daha sonra nümayəndələr iclas zalını tərk ediblər.
Gürcüstan Parlamentinin "Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze bildirib ki, assambleya öz işini başqa yerdə davam etdirəcək.
Assambleyanın keçirildiyi bir vaxtda parlament binasının ətrafında aksiya keçirilib. İştirakçılar rusiyalı millət vəkili Sergey Qavrılovun ölkəyə buraxılmasına etiraz ediblər.
Müxalifət yaranmış vəziyyətə görə parlamentin sədri İrakli Kobaxidzeni günahlandırıb. "Avropalı Gürcüstan” partiyasının sədri David Bakradze baş verən hadisələrə görə parlamentin sədrinin məsuliyyət daşıdığını bildirib, onun istefasını tələb edib. Qeyd edib ki, partiyanın üzvləri yaranmış vəziyyətə görə tezliklə parlament sədrinin impiçment prosesini başladacaqlar.
"Vahid Milli Hərəkat” partiyasının üzvü Salome Samadaşvili isə bildirib ki, rusiyalı deputatların ölkəyə buraxılması doğru deyil.
Qeyd edək ki, Parlamentlərarası Pravoslav Assambleyasının prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilov daha əvvəl Abxaziya və Osetiyada artıq müstəqil dövlətlər mövcud olduğunu və Gürcüstanın bu reallıqla barışmalı olduğunu bəyan edib. Bundan başqa, S. Qavrilovun separatçı Abxaziya rejiminin tərəfində Gürcüstana qarşı döyüşdüyü barədə məlumatlar yayılsa da, o bu iddiaların əsassız olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol