Gürcüstanda yeni siyasi dövr başlayacaq
06:31 13.11.2018
Arxiv
603
Saakaşvili start vəziyyətdədir və öz ölkəsinə qayıtmaq ərəfəsindədir
Qonşu Gürcüstanda prezident seçkisi öncəsi ciddi proseslər yaşanmaqdadır.
Gürcüstanın hakim "Gürcü Arzusu”nun dəstəklədiyi namizəd Salome Zurabişvili özünün və övladlarının hədə-qorxu mesajları aldığını bildirib. Zurabişvili ailəsinə ölüm hədələri olan qısa ismarıc və səsli mesajlar göndərildiyini deyib:
"Mesajlarda "biz başlarınızı güllələyərik, qanınızı içərik” kimi senzuradan kənar sözlərdən istifadə olunmaqla həyatımıza təhlükənin olduğu aydın şəkildə bildirilib. Təhlükə realdır, çünki mesajların müəllifləri müəyyən olunub. Onlar "Vahid Milli Hərəkat” Partiyası ilə əlaqəli olan keçmiş hərbçilərdir”. Prezidentliyə namizəd Gürcüstan Daxili İşlər Nazirliyini ona və ailə üzvlərinin ölümlə hədələnməsi faktına dərhal reaksiya verməyə çağırıb. Mixail Saakaşvilinin xanımı Sandra Rulofs isə prezidentliyə namizəd Qriqol Vaşadzenin tərəfdarları qarşısında çıxış edərək "Gürcü Arzusu”nun siyasətini sərt tənqid edib. Rulofs Gürcüstanın 6 ilinin itdiyini bildirib: "Seçim sadədir. İki namizəd qalıb. Bunlar arasında böyük fərq var. Onlardan biri irəliyə, digəri isə geriyə hərəkətdir. Ölkəmiz 6 ilini itirib və bunu kompensasiya etməliyik. Gürcüstan irəliyə getməlidir”.
Seçki öncəsi prosesləri "Şərq”ə şərh edən politoloq Əhəd Məmmədli Gürcüstandakı prosesləri seçki rəqabətinin tərkib hissəsi adlandırıb. Onun sözlərinə görə, Zurabişvili seçki öncəsi bir xof yaratmaq istəyir:
"İkinci tur seçkilərinin sakit şəraitdə keçməsinin ən maraqlı tərəfi müxalifətdir. Hədə-qorxuya qəldikdə isə bu, hakimiyyətin müxalifəti qaralama kampaniyası da ola bilər. Son illərdir Gürcüstan Saakaşvili və İvanişvili cəbhələrinə bölünüb. İvanişvili dövründə zərbə alan bəzi Saakaşvili tərəfdarlarının öz hirslərini cilovlaya bilməməsi Gürcüstan reallıqlarından xəbər verir. Ancaq müxalifətin qalib gələcəyi təqdirdə qanunsuz heç bir intiqamın baş verməyəcəyinin qənaətindəyəm. Çünki Gürcüstan Qamsaxurdiya, Şevardnadze dövrlərini uğurla geridə qoyub”.
Analitik bildirib ki, Saakaşvili start vəziyyətdədir və öz ölkəsinə qayıtmaq ərəfəsindədir. O, ölkəsinə qayıdarsa, ölkədə yeni siyasi dövr başlayacaq:
"Seçkilərdə müxalifət qalib gəlsə, Gürcüstanda növbəti islahatlar dalğası olacaq. Bu da Gürcüstanı Rusiyadan uzaqlaşdırıb Avropaya tərəf daha sürətlə aparacaq. Hətta yaxın gələcəkdə Gürcüstanda Amerikaya məxsus hərbi bazaların yerləşdiriləcəyini gözləyirəm. Cənubi Qafqaz ABŞ hərbi bazasının yerləşdirilməsi söhbəti çoxdan gedir. Bizi isə Gürcüstanda yaşayan yarım milyon soydaşımızın gələcəyi narahat edir. Daha demokratik və hüquqi Gürcüstan hakimiyyəti Borçalı türklərinin müqəddəratını müəyyən edəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya səmasının müdafiəsi üçün vahid komandan lazımdır
20:24 05.09.2026
Dünya
ABŞ İranın 3 neft tankerini vurdu
20:00 05.09.2026
Gündəm
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya