
"Guya qadınlar hüquqlarını bildikdə ailədə sakitlik olacaq" - Sosioloqdan mübahisəli yanaşma
15:14 15.11.2017
Arxiv
945
Əhməd Qəşəmoğlu:"Qadınlara azadlığın nə olduğunu yaxşı izah etmədən, “azad olmalısınız” deyirik. Qadınlar azadlığı tam dərk etmədən bunun üçün mübarizə aparır. Nəticədə gərginlik yaranır"
"Əslində qadın hüquqlarından, kişilərin qadınlara qarşı zorakılığından söhbət getməməlidir. Bu gün diqqət mərkəzində daha çox ailə və ailənin problemi olmalıdır”.
Bunu "Sherg.az”a qadın zorakılığına qarşı çağırışların güclənməsinin mənfi tərəflərini izah edərkən sosioloq, professor Əhməd Qəşəmoğlu deyib.
O bildirib ki, bu məsələ kompleks şəkildə həll edilməlidir:

"Kişiləri bəzən vəhşi kimi qələmə verirlər. Sanki kişilər gündən-günə vəhşiləşir, yazıq qadınların isə hüquqlarını müdafiə etmək lazımdır. Bu, düşmən psixologiyası yaradır. Bununla ölkədə gərginlik yaradılır. Kişilərə istiqamətlənmiş maarifləndirmə, milli adət-ənənələrin aşılanması addımları atılmır. Qadınları isə daha da həvəsləndiririk ki, daha da sərbəst olsunlar. Qadınlara azadlığın nə olduğunu yaxşı izah etmədən, "azad olmalısınız” deyirik. Qadınlar azadlığı tam dərk etmədən bunun üçün mübarizə aparır. Nəticədə cəmiyyətdə dəhşətli gərginlik yaranır. Düşünürlər ki, guya qadınlar hüquqlarını yaxşı bildikdə evdə, ailədə sakitlik olacaq. Bu, tamamilə yanlışdır, qızışdırıcı vasitədir.
Söhbət ailədən getməlidir. "Azərbaycanda ailə hansı əsaslarla qurulmalıdır, ailə öz funksiyasını necə yerinə yetirməlidir ?" kimi suallara cavab tapmalıyıq. Beləliklə, həm qadının, həm kişinin xoşbəxt olmasına nail olmaq olar. Yoxsa, "kişilər vəhşiləşib, qadınları azad olmağa imkan vermir” fikirləri yersiz, düşmən siyasətidir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə