Hafiz Paşayev: "Azərbaycan-Əfqanıstan dost münasibətlərinin tarixi kökləri var"
05:54 19.06.2021
Arxiv
344
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə ADA Universitetində Əfqanıstanlı diplomatlar üçün keçirilmiş iki həftəlik “Xarici Siyasət Proqramı” uğurla başa çatıb.
XİN-dən "Report"a verilən məlumata görə, tədbirdə çıxış etmiş ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycanla Əfqanıstan arasında dost münasibətlərinin tarixi kökləri olduğunu, bu münasibətlərin hazırda davam etdiyini və bundan sonra da davam edəcəyini bildirib.
Silahlı münaqişə nəticəsində insanlarının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi problemindən uzun müddət əziyyət çəkmiş hər iki ölkə arasında bənzər talenin yaşandığını vurğulayan Hafiz Paşayev uzun müddət davam edən pandemiya dövründən sonra ilk dəfə olaraq belə bir təlimin təşkil olunmasını ölkəmiz tərəfindən təhsilə verilən önəm kimi qiymətləndirərək bu münasibətlə kursu müvəffəqiyyətlə başa vurmuş iştirakçıları təbrik edib, gələcək diplomatik fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə iştirak etmiş Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhun ölkəsindən olan diplomatlar üçün kursun təşkil olunmasına görə AIDA-ya və ADA Universitetinə minnətdarlığını bildirib. O, Əfqanıstanlı diplomatlar üçün Azərbaycanın yaxşı təcrübə mənbəyi ola biləcəyini vurğulayıb.
Kurs iştirakçıları da öz növbələrində ölkəmizdə olduqları müddətdə onlara göstərilmiş səmimi münasibət və qonaqpərvərliyə görə, həmçinin dəyərli bilikləri paylaşdıqları üçün ADA-nın professor müəllim heyətinə və ölkəmizin ixtisaslaşmış mütəxəssislərinə minnətdarlıqlarını bildiriblər. Onlar əmin etmişlər ki, peşəkar fəaliyyətləri dövründə Azərbaycan-Əfqanıstan münasibətlərinin daha da gücləndirilməsi üçün əllərindən gələni əsirgəməyəcək, həm Əfqanıstan, həm Azərbaycanı şərəflə və qürurla təmsil edəcəklər.
Tədbirdə, həmçinin BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai iştirak edib.
Məlumat üçün bildirmək istərdik ki, kurs dövründə iştirakçılar beynəlxalq siyasət, diplomatik fəaliyyət, sosial-iqtisadi, enerji və digər məsələlər üzrə mühüm biliklər əldə etmiş, 44 günlük Vətən Müharibəsi dövründə ölkəmizin əldə etdiyi beynəlxalq siyasi və hərbi uğurları, terrorçuluqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi, həyata keçirilmiş iqtisadi inkişaf modeli və yoxsulluğun aradan qaldırılması, korrupsiya ilə mübarizə və effektiv idarəçilik üzrə mühazirələri dinləmişlər.
Sonda iştirakçılara müvafiq sertifikatlar təqdim edilmiş, birgə xatirə fotoşəkili çəkilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya