İstənilən halda bu ölüm hadisəsində bir çox qaranlıq tərəflər, cavabı gərəkən suallar var
Hamilə qadının ölümü...
07:50 14.02.2019
Arxiv
830
Nə qədər qəribə səslənsə də, bəzən ölümə gətirib çıxaracaq səbəb də tapılmır
İstənilən halda bu ölüm hadisəsində bir çox qaranlıq tərəflər, cavabı gərəkən suallar var
İstənilən halda bu ölüm hadisəsində bir çox qaranlıq tərəflər, cavabı gərəkən suallar var
Göyçay Rayon Mərkəzi Xəstəxanasında hamilə qadının dünyasını dəyişməsi ilə bağlı araşdırma aparılır. Bu barədə Səhiyyə Nazirliyinin məlumatında bildirilir. Məlumatda qeyd olunur ki, hadisə SN-in Ölüm Hallarını Araşdırma Komissiyası və Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən araşdırılır, həmçinin Göyçay Rayon Prokurorluğu tərəfindən istintaq hərəkətləri aparılır.
Xatırladaq ki, ölüm hadisəsi Göyçay şəhərində baş verib. Göyçayın Qaraməryəm kəndində müvəqqəti məskunlaşmış Ağstafa sakini, 1990-cı il təvəllüdlü Nurlanə Əlikişi qızı Əliyeva qanaxma ilə xəstəxanaya gətirilib. Qadın hamilə olub. Güclü qanaxmanın qarşısını almaq məqsədilə həkimlər hamiləliyin süni dayandırılması qərarına gəliblər. Lakin hamiləliyin süni dayandırılması (abort) zamanı qadın dünyasını dəyişib.
İlkin ehtimala əsasən, qadının ölümünə qanaxma səbəb olub.
O da bildirilir ki, N.Əliyeva buna qədər 4 hamiləliyi zamanı 3 dəfə qeysəriyyə əməliyyatı keçirib.
Ölümün səbəbləri məhkəmə-tibbi ekspertizasının rəyindən sonra və istintaq hərəkətləri başa çatdıqda açıqlanacaq.
Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı «Şərq»ə açıqlamasında istənilən əməliyyat zamanı ölüm hallarının baş verməsinin həkimlər üçün dəhşətli olduğunu dedi:
- Heç bir həkim istəməz ki, ona müraciət edən, yaxud hansısa kritik vəziyyətdə xəstəxanaya gətirilən pasiyent vəfat etsin. Həkimin vəzifəsi insanlara şəfa verməkdir. Amma təəssüf ki, bəzən həkimlərdən də asılı olmayan, qarşısı alına bilməyən səbəblər bədbəxt hadisələrə gətirib çıxarır. Mən sırf bu sahə üzrə mütəxəssis olmadığımdan, sadəcə, mülahizə yürüdə bilərəm. Hamilə qadının ölümü müxtəlif səbəblərdən baş verə bilər. Doğru olaraq Səhiyyə Nazirliyinin açıqlamasında qeyd olunur ki, ölümün başvermə səbəbləri istintaq zamanı müəyyənləşəcək. İndidən ölümün səbəbini göstərmək, kimisə günahlandırmaq qətiyyən düzgün deyil.
Məhkəmə Tibbi Ekspertizanın və istintaqın nəticələrini gözləməliyik. Biz hamilə qadın haqqında çox az məlumata sahibik. Qadın sonuncu qeysəriyyə əməliyyatını nə zaman keçirib, sonuncu hamiləliyi ilə əvvəlkinin arasında nə qədər müddət keçib, hamiləliyin müddəti, qanaxmanın neçə gün və ya nə qədər zaman davam etdiyi, nə zaman başladığı, qadının nə zaman narahatlıq hiss etməyə başlaması və həkimə dərhalmı, yoxsa gecikmə ilə müraciət etdiyi… bütün bu suallara mütləq cavab tapılmalıdır. Bəlkə qadında hansısa qan xəstəliyi varmış, qanın laxtalanması neçə faiz imiş. Bunlar da çox mühüm məsələlərdir. Bəzən insanda qan xəstəliyi olur, lakin hansısa hadisə baş verməmiş bu barədə bilgisiz olur. Bundan başqa, hamiləlikdə ciftin ana bətnindən ayrılması zamanı da qanaxma baş verə bilir. Nə qədər qəribə səslənsə də, bəzən ölümə gətirib çıxaracaq səbəb də tapılmır. Təbabət paradokslardan ibarət elmdir. Gözləmədiyin halda ölüm baş verir, ölümü gözlədiyin halda isə həyat davam edə bilir.
İstənilən halda bu ölüm hadisəsində bir çox qaranlıq tərəflər, cavabı gərəkən suallar var. Biz həmişə xanımlarımıza məsləhət görürük ki, hamiləlik dövründə lazımi müayinələrdən mütləq keçsinlər. Hansı problemlərinin olduğunu bilsinlər.
Həkimin nəzarəti altında, həkimin tövsiyələrinə əməl edərək o problemlərin həllinə çalışsınlar. Amma yenə də təəssüflə qeyd etməliyəm ki, bəzən xanımlar hamiləlik dövründə bircə dəfə də olsun müayinədən keçmir, analizlər vermirlər. Hamilə qadın mütəmadi həkim nəzarətində olmalı, müayinələrdən keçməli, həkimin tapşırığı ilə lazımi laborator analizlər verməlidir. Bunlar doğuş zamanı həkimlərin doğru qərar verməsinə, pasiyentin sağlıq durumunun vəziyyətinə uyğun addım atmağa çox kömək edir. Pasiyentlər səhlənkarlıq etməməlidir.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi