Hande Harmancı: "Tibb işçilərinin çatışmazlığı müşahidə edilir"
07:38 16.12.2020
Arxiv
349
“8-12 dekabrda ÜST-ün Missiyası TƏBİB və Səhiyyə Nazirliyinin nümayəndələri ilə Gəncə, Tərtər, Ağdam və Bərdədə 12 tibb müəssisəsinə səfər ediblər. Missiyanın əsas məqsədi ümumi əhali üçün psixoloji və sosial dəstəyin artırılması, insanların həyatlarını xilas etmək və səhiyyə yükünün artırılması üçün yoluxma sayının artırılmasını dayandırmaq, tibb işçilərini qorumaqdır. Ümumilikdə bütün tibb işçiləri çətin dövrdə əllərindən gələni edirlər və etməyə davam edirlər”.
APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə nəticələr barədə məlumat verən ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.
Onun sözlərinə görə, pandemiya xəstəxanalarda əsas tibb xidmətlərinin göstərilməsinə təsir göstərib, bəzi tibb müəssisələrində isə tibb işçilərinin çatışmazlığı müşahidə edilir: “Bütün tibb işçiləri çətin dövrdə əllərindən gələni edirlər və etməyə davam edirlər. Təcili tibbi yardım maşınları da COVİD-ə yoluxma sayının artması səbəbindən daha gərgin işləyirlər. Yoluxma sayının artması hər kəsi narahat edir. Tibb işçilərinin təhlükəsizliyi çox vacibdir, onlar arasında yoluxma və ölüm var. Bu həm də stressə bağlıdır. COVİD-ə yoluxmanın artımı hamını narahat edir. Bu səbəbdən bəzi xəstəxanalar bu virus üçün ayrılıb. Bəzi bölgələrdə laboratoriyaların yüklənməsinə görə bəzi test cavabları gecikir. Bu virus dünya miqyasında bütün tibb işçiləri üçün yenidir”.
H. Harmancı qeyd edib ki, ÜST ən çox təsirə məruz qalan bölgələrə yardım göstərmək üçün yardımını davam etdirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian öldürülən etirazçılardan danışdı
22:33 17.02.2026
Region
Hacıqabulda baş verən qəzada sürücü ölüb
22:12 17.02.2026
Hadisə
Yıldız Tilbə 12 min nəfərə iftar verəcək
21:20 17.02.2026
Dünya
“Nyukasl”ın baş məşqçisi Qələbə qazanmaq bizim üçün vacibdir
20:50 17.02.2026
Dünya
Leyla Əliyeva Albaniyanın Baş naziri ilə görüşüb
20:41 17.02.2026
Siyasət
Avropa Komissiyası "Shein" platformasına qarşı araşdırma başlatdı
20:20 17.02.2026
Dünya
Nərimanı heç kim əvəz etməyəcək - Qurbanov
20:09 17.02.2026
Futbol
Cenevrədə İran–ABŞ danışıqları başa çatdı
19:58 17.02.2026
Dünya
Ərdoğan: Afrikada yeni münaqişə bölgələrinin yaranmasına qarşıyıq
19:49 17.02.2026
Dünya
Əraqçı: "ABŞ-İran danışıqları konstruktiv məcrada keçib"
19:32 17.02.2026
Dünya
Münhen Təhlükəsizlik Konfransında Bakı güclü mesaj verdi - ŞƏRH
19:16 17.02.2026
Gündəm
ABŞ-nin xüsusi təyyarəsi Britaniya sahillərində qəza siqnalı verdi
19:03 17.02.2026
Dünya
Bəzi şəxslərə pulsuz mənzil veriləcək
18:55 17.02.2026
Sosial
"Liverpul" Məhəmməd Salaha əvəzləyici tapıb
18:52 17.02.2026
Futbol