“Hayır” deyən 24 milyonun üzərindən sərt idarəçilik mümkünsüzdür"
13:14 17.04.2017
Arxiv
761
"Referendum dövlətin siyasi şəklini dəyişir, çoxlu qanunların yeniləşməsinə şərait yaradır. Yəni türkiyədə hüquq sistemi və ya hüquq fəlsəfəsi köklü yeniliklərə uğrayacaq”.
Bunu Sherg.az-a Türkiyədə keçirilən referendumla bağlı danışarkən millət vəkili Zahid Oruc deyib. O bildirib ki, bu fonda "ölüm hökmünün bərpası nəyə lazımdır?” sualı ortaya çıxır:
"Bu məsələ Türkiyədə dövlət çevrilişinə cəhd vaxtı ortaya çıxıb. Ərdoğan gördü proseslər içərisində elə qüvvələr var ki, onlar doğrudan da vətənə xəyanət yolu tutublar. Burada Atatürkün tarixi addımlarını təkrarlamağa ehtiyac var. Yəni bildiyimiz kimi Osmanlı imperiyasının çöküşü fonunda meydana çıxan Mustafa Kamal Atatürkün öz silahdaşları sonrakı dövrdə ayrı-ayrı təxribatlara gedərək, hansısa diversiyalarda, sui-qəsdlərdə yer alırdılar. Nəticədə onlara qarşı addımlar atılmalı, məhv etmək yolu seçilməli idi. Başqa alternativlər mövcud deyil. Zaman etibarilə Türkiyə parlamenti, Böyük Millət Məclisi yenidən qurulurdu. Sözsüz ki, dövləti 100 il əvvəlin bütün prinsipləri, siyasi fundamental qərarları ilə saxlamaq çətin olur. Bununla bərabər o da etiraf olunmalıdır ki, bu gün Türkiyə içərisində müxtəlif terror şəbəkələri özlərinə geniş meydan qazanıblar, iqtisadi sferada yer ediblər, insanlara qarşı real qətliamlarda iştirak ediblər. Sonrakı illərdə 33 terror aktı nəticəsində 500-dən artıq insan həyatını itirib. Belə insanlara qarşı hansı davranışı seçmək, nə etmək olar? Söhbət heç bir halda ölüm hökmünün hansısa rəqiblərə qarşı tətbiqindən, ölkəni hüquq sistemindən çıxarmaqdan, diktatura normalarını bərpa etməkdən getmir. Onsuzda dünənki nəticələr o iradəni ortalığa qoydu ki, az qala 24 milyon insanı "hayır” deyən millətin üzərindən keçib, sərt, beynəlxalq hüquqdan kənar idarəçilik bərqərar etmək qeyri-mümkündür. Belə olan təqdirdə Türkiyədə demokratiyanın geridönüşü mümkün deyil. Bu zaman ölüm hökmü yalnız Türkiyənin düşmənlərinə qarşı tətbiq oluna bilər”.
Z. Oruc Onu da əlavə edib ki, ötən gün qələbə çıxışında sayın Ərdoğan bu məsələ ilə bağlı müzakirələrin dərinləşib, ümumxalq səsverməsinə qədər gedəcəyini bildirdi:
"Ona görə də elə hesab edirəm ki, bu dövlətin daxili işidir. Doğrudur, Avropa areyalında ölüm hökmünün bərpası qəbul olunmur. Elə hesab edirlər ki, ölüm hökmünü tətbiq etmək dövləti və ya xalqı həqiqi məqsədinə çatdırmır. Yəni məlum cinayətləri azaltmır. Nümunə olaraq, bizim ölkəmizdə də qrup halında insanların təhlükəsizliyinə zərbə vuran hadisələrin şahidiyik. Azərbaycanda ölüm hökmü ləğv edilib. Hesab edirəm ki, bu məsələ Türkiyədə həm hüquqi, həm də siyasi cameədə geniş müzakirə olunacaq, xeyirli optimal qərar nədirsə, onu qəbul edəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial