Hazırda kənd təsərrüfatında böyük islahatlar aparılır, fermerlər üçün daha aydın, daha rahat mexanizm tətbiq olunur
14:12 24.01.2019
Arxiv
551
Hazırda kənd təsərrüfatında böyük islahatlar aparılır, fermerlər üçün daha aydın, daha rahat mexanizm tətbiq olunur.
"Sherg.az"ın məlumatına görə, bunu yanvarın 24-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və "Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşündə deyib.
İlham Əliyev bildirib ki, aqrar sahədə, sənaye sahəsində də müsbət meyillər var: "Bildiyiniz kimi, bu yaxınlarda Sumqayıtda karbamid zavodu açılmışdır. Bu, qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir. Biz özümüzü azot gübrələri ilə tam təmin edəcəyik. Eyni zamanda, təqribən 150-160 milyon dollar dəyərində məhsul ixrac edəcəyik. Azərbaycanda pivot suvarma sistemləri, pestisidlər zavodları fəaliyyət göstərir. Yəni, sənaye istehsalı da kənd təsərrüfatını dəstəkləyir, ona lazımi şərait yaradır. Əlbəttə, sizin kimi gənclərin bu işlərdə fəal iştirakı hesab edirəm ki, uğurun əsas şərti, əsas amili olacaq.
Mən çox şadam ki, Azərbaycan gəncləri aqrar sahəyə çox böyük maraq göstərirlər. Bu, Azərbaycanda doğrudan da bir yenilikdir. Əvvəllər hesab olunurdu ki, aqrar sahə o qədər də cəlbedici, o qədər də maraqlı deyil, hətta hesab olunurdu ki, o qədər də gəlir gətirən sahə deyil. Ancaq baxır sən buna necə yanaşırsan. Əgər dövlət kənd təsərrüfatına dəstək verirsə, həm gəliri olacaq, həm maraqlı olacaq, həm də ki, özünü innovasiyalarla təmin edəcək”.
Prezident qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük dövlət dəstəyi var – subsidiyalar verilir, fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar: "Texnikalar alınır, güzəştli şərtlərlə kreditlər verilir. Hazırda kənd təsərrüfatında böyük islahatlar aparılır, subsidiyaların verilməsi mexanizmi təkmilləşir, fermerlər üçün daha aydın, daha rahat mexanizm tətbiq olunur. İnstitutun binasında mənə Elektron Kənd Təsərrüfatı layihəsi təqdim edilmişdir. Yəni, fermerlər üçün tam yeni şərait yaradılır və beləliklə, kənd təsərrüfatı çox cəlbedici sahə olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm