"Heç bir dövlət bu çətinliyin öhdəsindən tək başına gələ bilməz" - BMT
11:55 04.05.2020
Arxiv
417
“Bu gün biz COVID-19 pandemiyasını məğlub etmək üçün göstərdiyi mühüm dəstəyə və xidmətlərə görə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Qoşulmama Hərəkatının səylərini alqışlayırıq”.
APA-nın xəbərinə görə, bunu BMT Baş Assambleyasının sədri Ticani Məhəmməd-Bande Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə videokonfrans vasitəsilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü zamanı deyib.
O bildirib ki, bu gün qlobal səhiyyə sistemi çox ağır təzyiq altındadır, qlobal səyahətlər dayandırılıb: “BMT olaraq COVID-19 pandemiyasının qarşısını almaq niyyətindəyik. Bunun üçün güclü və dayanıqlı sistem yaratmalıyıq”.
Ticani Məhəmməd-Bandenin sözlərinə görə, heç bir dövlət bu çətinliyin öhdəsindən tək başına gələ bilməz.
“Vəziyyət əvvəlki kimi deyil. Ölkələr anlayırlar ki, bu gün onlar çox böyük çətinlik qarşısındadırlar. Biz cari böhranın ortasındayıq. Dünyadakı silahlı münaqişələr dayandırılmalıdır. Qlobal atəşkəsin elan edilməsi üçün BMT tərəfindən çağırış olunub”, - deyə o qeyd edib.
BMT Baş Assambleyasının sədri vurğulayıb ki, bu gün dünyadakı tələbələrin 90 faizindən çoxu çətinliklərlə qarşılaşıb, məktəblər, universitetlər bağlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə